Azərbaycanda elm və onun aktual problemləri
- 140 -
həqiqi yüksəlişini görmək istəyənlər təhsil sistemin-
də sağlam sosial-mənəvi mühit yaradılması işindən
başlamalıdırlar. Lakin burada çox ciddi əks əlaqə də
var. Təhsil sistemindəki vəziyyət də öz növbəsində
elmi kadrların intellektual və mənəvi inkişaf səviy-
yəsindən asılıdır. Ona görə də, təhsil siyasətinin tə-
məlində sağlam elmi mühit yaradılması durmalıdır.
Hər hansı bir sahədə atılan yeni bir addım bir ba-
taqlıqdan başqa bataqlığa, bir xaosdan başqa xaosa
gətirib çıxarmasın deyə ciddi elmi prinsiplərə əsas-
lanmalıdır. Hazırda elmi, xüsusən ictimai elmləri
təmsil edən adamlardan böyük əzmkarlıq, vətəndaş-
lıq və qeyrət tələb olunur. Lakin bu hələ azdır. Elmi
işçilərin ciddi meyar əsasında, prinsipial surətdə se-
çilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara
qayğı göstərilməsi, elmin təşkilati strukturunun tək-
milləşdirilməsi daha böyük səriştə, daha böyük və-
təndaşlıq və qeyrət tələb edir.
Respublikamızın gənc cəmiyyətşünas alimləri
üçün elmi tədqiqat mərkəzləri açmağa, yeni təşkilati
forma fikirləşib tapmağa vadar edən də ilk növbədə
elmi mühitə olan ehtiyacdır. Zira şəxsiyyət sosial
mühitin məhsulu olduğu kimi alim də elmi mühitin
məhsuludur. Təəssüf ki, gənclərimiz məhz bu sarı-
dan korluq çəkir, əsil elmi şəraitdə işləmək üçün xa-
rici ölkələrin məşhur mərkəzlərinə ezam olunmağa
çalışır, hansı isə qrantın, sponsorun sayəsində məş-
hur bir alimin laboratoriyasına, məktəbinə "düşmə-
Elm və təhsil
- 141 -
yi" üstün tuturlar. Lakin belə əlaqələr müvəqqətidir
və respublikamızda tədqiqatları əsas, mərkəzi prob-
lemlərə yönəltməyə, yerli elmi məktəblər yaratmağa
kömək etmir. Bu mənada aspirant və doktorantların,
ali təhsilli kadrların kənarda hazırlanması vəziyyət-
dən əsil çıxış yolu deyil. Hamısı birdir, onlar da as-
pirantlar kimi qayıdıb elmi mühitdən əsər-alamət ol-
mayan bir şəraitə düşürlər və yaranmış ziya qığıl-
cımları şölələnmək və başqalarının da yolunu işıq-
landırmaq əvəzinə tədricən sönür. Bu tədbirlər yal-
nız o zaman səmərə verər ki, respublikanın özündə
elmi fikir ocağı olsun, necə deyərlər, "ümumdünya
standartı" səviyyəsində elmi məktəblər olsun. Onda
hər bir qığılcım elm ocağının daha da şölələnməsinə
səbəb olar.
Sual oluna bilər: Deyək ki, ictimai problemlər
elmi şəkildə öyrənildi, bəs əldə olunan biliklər is-
tifadə olunacaqmı və kim tərəfindən? Axı, bilmək
azdır, tətbiqin özü də xüsusi professional mədəniy-
yət və təşəbbüskarlıq tələb edir. Real iş elmi bilik-
lərdən tətbiqi biliklərə, ondan isə əməli vərdişə keç-
məyi nəzərdə tutur. Hər bir sahədə düzgün texnolo-
giyaya, xüsusi metodikaya əsaslanan əməli vərdişlər
əldə etmək çox çətindir.
İctimai elmlərin tətbiq sahəsi daha çox cəmiy-
yətin elmi əsaslarla idarə olunmasını əhatə edir. İn-
diyədək bütün elmlər içərisində tətbiq üçün ən az
rəhbər tutulan məhz ictimai elmlər olmuşdur. Öy-
|