Elmin əsas funksiyası heç də sadəcə olaraq
insanın mənəvi-intellektual maraqlarına deyil, onun
dünyanı məqsədyönlü surətdə dəyişdirmək, öz əmə-
li fəaliyyətini elmi əsaslar üzərində qurmaq məqsə-
dinə xidmət etməkdir.
Bütün əməli fəaliyyət sahələri ancaq elmi
əsaslarla təşkil olunduqda səmərə verir. Buna görə
də ixtisasından asılı olmadan bütün fəaliyyət sahə-
lərində çalışan insanlar həmin sahənin elmi əsas-
larını öyrənmək məcburiyyətindədirlər. İxtisaslaş-
mış ali təhsil məhz hər bir fəaliyyət sahəsinin elmi
əsaslarının öyrənilməsinə xidmət edir.
Beləliklə ali təhsilin məqsədi konkret fəaliy-
yət sahələri üzrə əməli bilik və vərdişlərlə yanaşı
həmin sahənin elmi əsaslarını da mənimsədilməsini
təmin etməkdir. Başqa sözlə elmi əsaslar ali təh-
silin mühüm tərkib hissəsidir.
Bəs elmi əsaslar nədir ?
Çox vaxt elmi əsaslar elmlə qarışıq salınır.
Əlbəttə elmi fəaliyyət üçün də elmi əsaslar la-
zımdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi elmi ə saslar təkcə elmin deyil, müvafiq fəaliyyət sahə-
sinin də tərkibinə daxildir. Yəni ali təhsil alan şəxs
elm adamı olmasa da müvafiq fəaliyyət sahəsinin
elmi əsaslarına yiyələnmiş olmalıdır.