Azərbaycanda elm və onun aktual problemləri
- 146 -
fənlər üzrə müəllimlər belə başqa ali məktəblərdə –
pedaqoji institutlarda hazırlanırdı.
İkinci dünya müharibəsindən sonra bir sıra qa-
baqcıl ölkələrdə elm və praktika arasında münasibət
dəyişsə də Sovet İttifaqı öz ənənəsinə sadiq qalaraq
elmi praktikadan ayrı saxlamağa və hətta gələcək
elm adamlarını da ayrıca ali məktəblərdə hazırlama-
ğa çalışırdı. Düzdür, bu sahədə müəyyən istisnalar
var idi. SSRİ dövləti zamanın tələbi ilə hesablaşaraq
bir sıra texniki sahələrdə də alim hazırlığı ilə məş-
ğul idi. Məsələn, Bauman adına texniki məktəb,
Moskva mühəndis-fizika institutu, Moskva fizika-
texnika institutu və s. Lakin bu məktəblər ancaq
Mərkəzdə idi və bütövlükdə SSRİ-nin elmi-texniki
qüdrətinin artırılmasına xidmət edirdi. Müttəfiq res-
publikalarda isə «alimlər» əsasən universitetlərdə
hazırlanırdı. Mühəndis hazırlayan texniki institut-
ların, müəllim hazırlayan pedaqoji institutların elmi
potensialı çox aşağı səviyyədə idi. Bu sahələrdə
kadr hazırlığı əsasən əməli məqsədlərə xidmət etdi-
yindən «elmin əsasları» da çox aşağı səviyyədə mə-
nimsədilirdi. Təəssüflər olsun ki, SSRİ dağıldıqdan
sonra da yeni yaranmış müstəqil ölkələrin ali təhsil
siyasətində ciddi dəyişiklik baş vermədi və SSRİ-
nin rəqabətə tab gətirə bilməməsinə və dağılmasına
gətirib çıxaran ciddi nöqsanlardan biri onun xələf-
ləri tərəfindən böyük mühafizəkarlıqla qorunub sax-
lanmaqdadır. Daha doğrusu dəyişiklik ancaq forma-
Elm və təhsil
- 147 -
da, daha dəqiq desək ancaq adda edildi. Avropa təh-
sil təcrübəsini mənimsəmək ancaq bütün ali mək-
təbləri «Universitet» adlandırmaqla məhdudlaşdı.
Ad dəyişdi, amma məzmun dəyişmədi. Halbuki ali
təhsil sahəsində zamanın tələbində böyük islahatlar
aparılması günün tələbidir.
Avropada universitet dedikdə bütün əsas əmə-
li fəaliyyət sahələrinin əhatə olunması nəzərdə tu-
tulur. Biz də ayrıca fakültə olan fizika, kimya bu ki-
mi fənlər isə «fənn» fakültəsində əhatə olunur. Həm
də bu fənlərin öyrədilməsi əməli fəaliyyət sahələ-
rindən biri olan pedaqoji sahə olan kadr hazırlığına
xidmət edir. Gələcək elm adamları isə əməli fəaliy-
yət üçün zəruri olan elmin əsaslarına yiyələndikdən
sonra xüsusi yaradıcılıq potensialına görə seçilərək
magistraturada təhsilini davam etdirirlər. Yəni elmi
fəaliyyət üçün kadrlar əsas ali təhsil pilləsindən son-
ra seçilir və hazırlanır. Yəni elm digər fəaliyyət sa-
hələri ilə yanaşı duran bir sahə kimi deyil, vertikal
şkalada hər sahənin xüsusi yüksək səviyyəsi kimi
seçilir. Biz də bu cəhətlər hələ də nəzərə alınma-
mışdır. Bakı Dövlət Universiteti ənənəvi olaraq ye-
nə də fənn sahələri üzrə kadrlar hazırlayır. Lakin
onların məhz müəllimlik fəaliyyəti üçün nəzərdə
tutulduğunu «boynuna almır» – «Pedaqoji Univer-
sitet» var. Nəticədə BDU-da pedaqoji fənlər az təd-
ris olunur və buranın məzunlarının statusu məlum
olmur. Daha dərin bilik verən BDU və daha nisbə-
|