Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə138/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   134   135   136   137   138   139   140   141   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 162 -
Təhsil və elmin hüquqi tənzimlənməsi
1
 
 
Müsahibimiz  Avropa  Təhsil  Şurasının  və  Ümum-
dünya Rektorlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, 
professor Səlahəddin Xəlilovdur. 
 
Sual:  Bu  günlərdə  “Təhsil  haqqında”  qanun 
layihəsi  ikinci  oxunuş  üçün  Milli  Məclisin  müza-
kirəsinə çıxarılır. Qanun layihəsilə tanış olubsunuz-
mu və ona münasibətiniz necədir? 
–  Əvvəlki  layihədən  qalmış  bəzi  pozitiv  mə-
qamlar saxlanılmış, bəziləri isə təhrif olunmuş və ya 
çıxarılmışdır. 
İlk nəzərə çarpan məqamlar aşağıdakılardır: 
İcbari orta təhsil ilə bağlı vaxtilə bizim qaldır-
dığımız  məsələni  saxlamaq  cəhdi  göstərilmişdir. 
Belə ki, orta təhsilin icbari olması sovet dövründən 
qalmış və real imkanlara uyğun olmayan deklarativ 
müddəadır. Lakin konstitusiyada dəyişiklik edilməsi 
prosedur  baxımından  çətin  olduğuna  görə  biz  o  za-
man  anlayışların  izahını  dəyişməyi  təklif  etmişdik. 
Yəni  ümumi  orta  təhsil  yenə  də  icbari  olaraq  qalır, 
lakin onun şərhi dəyişdirilir. Orta təhsil anlayışı özü 
tam  orta  təhsil”  və  “ümumi  orta  təhsil”  olaraq  iki 
yerə  bölünür.  Ümumi  orta  təhsil  doqquz  illik,  tam 
orta təhsil isə on bir illik müddəti əhatə edir.  Lakin 
qanun layihəsində, görünür, dəyişikliyin məğzi düz-
                                                 
1
 “525-ci qazet”, 30 dekabr 2008-ci il. 


Elm və təhsil 
 
 
- 163 -
gün  başa  düşülmədiyindən  təsnifatda  anlayışlar 
qarışıq salınmışdır. Təhsilin pilləsi kimi “ümumi or-
ta  məktəb  təhsili”  götürülmüş,  “ibtidai  təhsil”, 
ümumi  orta  təhsil”  və  “tam  orta  təhsil”  onun 
mərhələləri  kimi  təqdim  olunmuşdur.  Burada  bir 
neçə məntiqi uyğunsuzluq ortaya çıxır: “ümumi orta 
təhsil”  ilə  “ümumi  orta  məktəb  təhsili”  anlayışları 
ancaq  “məktəb”  sözünün  əlavə  olunması  ilə  fərq-
lənir,  halbuki,  məqsəd  “məktəbli”  və  “məktəbsiz” 
bölgüsü aparmaqdan ibarət deyil. Başqa sözlə, mər-
hələlərdən birinin adı ümumi başlığa çıxarılmış olur 
ki,  bu  da  məntiq  prinsiplərinə  ziddir.  Həm  də  son 
mərhələnin  –  təmayüllü  təhsilin  –  mahiyyəti  nəzər-
dən  qaçırılmış  olur.  Əslində  bölgü  belə  aparılmalı-
dır:  “tam  orta  təhsil”  başlığa  çıxarılmalı,  “ibtidai 
təhsil”, “ümumi orta təhsil” və “təmayüllü orta təh-
sil”  onun  mərhələləri  kimi  təqdim  olunmalıdır. 
Məhz bu zaman, yəni “təmayüllü” məfhumu ilə qar-
şılaşdırıldıqda “ümumi” məfhumunun da mənası ay-
dınlaşmış  olur.  Yəni  söhbət  gələcək  təmayüldən 
asılı olmayaraq hamı üçün ümumi olan tədris proq-
ramlarından gedir. Məhz bu cür bölgü orta məktəb-
də  tədris  proqramlarının  yenidən  qurulması  zərurə-
tini də ortaya qoyur. 
Ümumi orta təhsildən sonraki mərhələ öz hü-
quqi statusuna görə yekcins, yəni eyni tərtibli deyil, 
daha doğrusu olmamalıdır. Tam orta təhsilin icbari-
liyindən  yayınmağın  əsas  faydası  bundan  ibarət 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin