Azərbaycanda elm və onun aktual problemləri
- 156 -
– Azərbaycan müstəqillik qazandıqdan sonra
həyatımızın bütün sahələrində olduğu kimi, təhsil
sahəsində də əsaslı dəyişikliklər baş vermişdir. Təh-
sil və elm bir-biri ilə sıx bağlıdır, bunların inkişafı
da bir-birindən asılıdır. Siz elmin inkişafının ancaq
akademiya ilə əlaqələndirilməsinə necə baxırsınız?
– Bilirsinizmi, elmin inkişafını yalnız Elmlər
Akademiyası ilə bağlamaq qüsurlu yanaşmadır.
Çünki bu inkişaf həm təhsil sistemi ilə, xüsusən də
ali məktəb, magistratura və doktoranturadakı fəaliy-
yətlə, həm müasir texnologiyaya əsaslanan sənaye-
nin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin
nəzəri səviyyədə dərk olunması təşəbbüsləri ilə sıx
bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati for-
malarda həyata keçirilir. Keçmiş SSRİ-də elmin in-
kişafı əsasən Elmlər Akademiyası ilə ona görə bağ-
lanırdı ki, EA-nın yeganə fəaliyyət sahəsi elmi-təd-
qiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı
var. Bəzən çox hörmətli alimlər də qətiyyətlə iddia
edirlər ki, guya EA-dan başqa heç yerdə, o cüm-
lədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola
bilməz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mü-
hitsiz təhsil müəssisəsi – universitet sayıla bilməz.
Universitetin başqa ali məktəblərdən əsas fərqlərin-
dən biri də onun nəzdində elmi-tədqiqat institutları-
nın olmasıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında
elmin inkişaf perspektivlərini araşdırarkən köhnə
Elm və təhsil
- 157 -
təşkilati formalar, onların müsbət ənənələrinə hör-
mətlə yanaşmaqla bərabər, yeni, optimal və zama-
nın tələblərinə daha çox cavab verən təşkilati for-
malar da biganə qalmalıyıq. Qanunların məqsədi ya-
radıcılıq axtarışlarının, o cümlədən təşkilati forma
axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fay-
da verə biləcək istənilən yeni formaya hüquqi imkan
verilməsi olmalıdır. Bu baxımdan biz elm və təh-
silin birgə inkişaf konsepsiyasını hazırlayarkən, an-
caq ən ümumi prinsipləri ön plana çəkməyə və süni
məhdudiyyətləri aradan götürməyə çalışmalı, büro-
kratik mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq
istərdim ki, Elmlər Akademiyası, heç şübhəsiz,
Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-
mətləri olan, böyük kadr potensialına malik nəhəng
bir qurumdur. Ona görə də yarım əsr ərzində top-
lanılmış təcrübəni nəzərə almadan nə isə yeni bir
qurum yaratmaq sadəlövhlük olar. Bu səbəbdən
Azərbaycanda elmin inkişafı ilə bağlı islahatlar
aparılarkən ilk növbədə Elmlər Akademiyasının təc-
rübəsi və potensialı nəzərə alınmalıdır. Elm və təh-
silin əlaqələndirilməsi işində də bu çox vacibdir.
Təsadüfi deyildir ki, Milli Məclisin Elm və Təhsil
məsələləri daimi komissiyasının ilk yığıncağında
mən magistraturanın Akademiya ilə birlikdə, onun
bazasından və elmi potensialından istifadə etməklə
yaradılması məsələsini qaldırdım. Mənim fikrimcə,
|