Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə137/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   133   134   135   136   137   138   139   140   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 160 -
müdafiə etdikdən sonra, yəni alim adı aldıqdan son-
ra onun yenidən parta arxasında oturdulması və təh-
silin növbəti mərhələsi haqqındakı fikirlərin heç bir 
əsası yoxdur. Çünki heç sovet dövründə də, dünya-
nın  heç  bir  dövlətində  də  bundan  sonra  əlavə  təhsil 
pilləsi nəzərdə tutulmamışdır və indi də tutulmur.  
Sovet  İttifaqı  zamanı  «doktorantura»  deyilən 
təhsil  pilləsi  olmayıb.  «Doktorantura»  terminindən 
yalnız  bir  söz  kimi  istifadə  olunurdu.  Bu,  alimlərin 
daha  yüksək  səviyyəli  tədqiqat  işi  (dissertasiya  işi) 
üzərində  işləməsini,  elmi  yaradıcılıq  işi  aparmasını 
nəzərdə  tuturdu.  Doktoranturanın  bir  təhsil  forması 
kimi  mövcud  olmadığı  hamıya  çox  gözəl  bəllidir. 
Ola  bilsin  ki,  bəzi  xarici  ölkələrdə  «doktorantura» 
anlayışı  təhsilin  növbəsi  mərhələsi  kimi  işlədilsin. 
Lakin  bu,  yalnız  «aspirantura»  anlayışının  əvəzinə 
işlənir. Ona görə də bu gün aspirantura ilə əlaqədar 
aparılan  mübahisələr  əsassızdır.  İndiyədək  heç  kim 
aspiranturadan sonra yeni bir təhsil pilləsinin – dok-
toranturanın lazım olmasını əsaslandırmayıb və heç 
kim də buna çalışmır. Qeyd edim ki, bu pillənin xə-
yali  mövcudluğu  hansısa  bir  təsadüfdən  müzakirə 
obyektinə  çevrilib  və  «Təhsil  qanunu»nun  layihəsi-
nə düşmüşdür. Bu səhv təbii ki, düzəldiləcəkdir.  
Çünki,  magistraturadan  sonra  ancaq  bir  təhsil 
pilləsindən  söhbət  gedə  biləcəyini  hamı  qəbul  edir. 
Aparılan mübahisələr yalnız bu pillənin necə adlan-
dırılması  üzərindədir.  Lakin  təəssüf  ki,  bəzi  şəxslər 


Elm və təhsil 
 
 
- 161 -
bu  pillənin  «aspirantura»  deyil,  «doktorantura»  ad-
landırılması  tərəfdarlarının  mövqeyini  aspirantura-
nın  əleyhinə  olmaq,  onu  ləğv  etmək  mövqeyi  kimi 
qələm verməyə çalışırlar. Bəlkə bu mövqeyin də tə-
rəfdarları  var,  lakin  mən  bu  mövqeyi  müdafiə  et-
məzdim.  
Mənə  elə  gəlir  ki,  mübahisə  üçün  əsas  ancaq 
elmi  dərəcələrin  müəyyənləşdirilməsi  üzərində  ola 
bilər. Beləliklə, aspirantura, yoxsa doktorantura adlı 
problem  «Təhsil  haqqında»  qanunun  deyil,  əslində 
«Elm haqqında» qanunun problemidir.  
Söhbətimizin  sonunda  bildirmək  istərdim  ki, 
Azərbaycan Respublikasında elm və təhsil haqqında 
vahid konsepsiyanın olması məqsədəuyğundur. Yal-
nız  bu  vahid  konsepsiyanın  mövcudluğundan  sonra 
«Elm  haqqında»  və  «Təhsil  haqqında»  qanun  layi-
hələrini ayrı-ayrılıqda müzakirə etmək olar. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin