Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə134/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   130   131   132   133   134   135   136   137   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 154 -
Akademiya ilə universitetlərin fəaliyyəti 
ə
laqələndirilməlidir
∗∗∗∗
 
 
–  Səlahəddin  müəllim,  Azərbaycanda  elmin 
inkişafı ilə bağlı nə kimi islahatlar aparılmasını tək-
lif edərdiniz?  
–  Elm planetar, ümumbəşəri hadisədir. Vahid 
böyük elm prosesinə daxil ola bilməyən, elə bil an-
caq  özü  üçün  yaradılmış  lokal  elm  strukturları  əsl 
elm  sayıla  bilməz.  Böyük  elmə  daxil  olmağın  öz 
şərtləri vardır. Bunlardan biri dünya miqyasında əl-
də olunmuş yeni elmi biliklərin və elmi axtarışların 
ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qa-
lanlar  müasir  elmi  prosesə  qoşulmayaraq  yalnız  ar-
tıq  keçilmiş  yolların  künc-bucağında  yer  tuta  bilər-
lər, lakin bu elm hesab edilə bilməz. 
Müəyyən bir xalq və  ya ölkə üçün elm  yalnız 
ayrı-ayrı  adamların  mənəvi  tələbatı,  intellektual əy-
ləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyət-
lə  istənilən  ictimai  fəaliyyət  sahəsinin  inkişafına 
xidmət edən ideya nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahə-
ləri arasında isə bir körpü olaraq müvafiq texnika və 
texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bü-
tün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai 
                                                 

  «Azərbaycan»  qəzeti.  İqrar  Cəfəroğluya  verilmiş  müsa-
hibə – 5 yanvar,  2001-ji il. 


Elm və təhsil 
 
 
- 155 -
prosesdir.  Lakin  bütöv  bir  ölkə,  hətta  ən  böyük  öl-
kələr  üçün  də  müstəqil  elm  məkanından  danışmaq 
mümkün  deyil.  Hətta,  keçmiş  SSRİ  kimi  nəhəng 
ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. 
Ona  görə  də,  hər  bir  ölkə  öz  elm  strategiyasını  im-
kanlarına  uyğun  olaraq  qurmalıdır.  Bu  baxımdan, 
Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük 
elmi  potensiala  malikdir.  Bu  potensialın  yaranma-
sında Elmlər Akademiyasının böyük rolu olmuşdur. 
Hazırda  Azərbaycan  elmin  bir  sıra  sahələrində  bü-
tün  dünya  miqyasında  qabaqcıl  mövqe  tutur.  Bu 
uğurların səbəblərini araşdırmaq və onları möhkəm-
ləndirmək lazımdır.  
Mən  Elmlər  Akademiyasının  statusunun  daha 
da yüksəldilməsi, nüfuzunun artması, burada əsl el-
mi  yaradıcılıq atmosferinin bərpa olunması tərəfda-
rıyam. Bu gün ən vacib məsələlərdən biri Akademi-
yaya seçkilərin keçirilməsi, onun özəyini təşkil edən 
həqiqi  və  müxbir  üzvlərin  nisbətən  gənc,  istedadlı 
alimlər hesabına artırılması, sönməkdə olan yaradıcı 
mühitin  bərpa  olunması,  Akademiyanın  ümumi  yı-
ğıncağının  və  Rəyasət  Heyətinin  səlahiyyətlərinin 
artırılması  tərəfdarıyam.  Bu  gün  cəmiyyətdə  «aka-
demik»  imicinin  bərpasına  böyük  ehtiyac  vardır. 
Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, 
böyük  intellekt  sahiblərinin  fikri  nə  qədər  çox 
nəzərə alınsa, bir o qədər yaxşıdır.     



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin