Azərbaycanda elm və onun aktual problemləri
- 150 -
müəssisəsində (xarici ölkələrdə bir qayda olaraq,
universitetlərin nəzdindəki tədqiqat institutlarında)
doktorluq dissertasiyası yazmaq üçün imkan verilir,
şərait yaradılır. Amma bu pillə klassik mənada təh-
sil pilləsi hesab olunmur. Bu artıq elmi yaradıcılıq
pilləsidir. Doktor adını alanlar bir qayda olaraq, ali
təhsil müəssisələrində çalışaraq, professor assistenti,
yaxud dosent vəzifəsini tuturlar. Tam professor şta-
tına keçmək istəyənlər isə bundan sonra hələ çox
tədqiqat işləri yazmalı, müvafiq elm sahəsində gör-
kəmli mütəxəssis olmalı, universitet daxilində nüfuz
qazanmalı və müsabiqə əsasında universitet Elmi
Şurasının qərarı ilə bu vəzifəyə seçilməlidir. Bəzi
ölkələrdə professor olmaq üçün birinci doktorluq
(fəlsəfə doktoru) adından sonra daha bir müsabiqə-
dən keçmək və yüksək qabiliyyət doktoru (doctor
habilitasion) olmaq tələb olunur. Başqa ölkələrdə
isə bu tələblər ancaq professorluq vəzifəsinə qoyu-
lur.
Mahiyyətcə bu sistem eynilə sovet sistemini
xatırladır. Sadəcə olaraq, sovet sistemində ciddi tə-
ləblər ikinci dissertasiya müdafiəsinə (elmlər dok-
toru dərəcəsinin alınmasına) qoyulurdu. Ali məktəb-
lərdə doktor olduqdan sonra professor vəzifəsini tut-
maq isə çox adi və labüd prosedura idi. Bir sözlə,
təzahürlər fərqlənsə də, mahiyyət eynidir.
Bəs onda biz nəyin üstündə mübahisə edirik?
Formanınmı, təzahürlərinmi, yaxud, sadəcə olaraq,
Elm və təhsil
- 151 -
sözlərinmi? Belə düşünmək olar ki, heç bir narahat-
çılıq üçün səbəb yoxdur. Hansı söz, hansı forma,
hansı variant qəbul olunursa-olunsun... Təəssüf ki,
belə deyil. Mahiyyət özü anlaşılmadıqda, forma
məzmuna, təzahür mahiyyətə uyğun seçilmədikdə,
olduqca ziyanlı nəticələr hasil ola bilər.
Əvvəla, nəyin təhsilə, nəyin elmi yaradıcılığa
aid olduğunu mütləq nəzərə almaq lazımdır. Yu-
xarıda qeyd etdiyimiz kimi, elmi yaradıcılıq prose-
sinin öz spesifikası vardır və o, Təhsil Qanunu ilə
deyil, Elm Qanunu ilə tənzimlənməlidir. Elmi ad-
ların və elmi dərəcələrin verilməsi qaydaları da daha
çox elmi fəaliyyət sahəsi ilə bağlı olduğundan Elm
Qanununda təsbit olunmalıdır. Lakin, bununla belə,
məsələnin təhsillə əlaqədar tərəfləri də vardır. Belə
ki, elmi adlar verilərkən, iddiaçının bu məqsədlə
təhsil alması deyil, təhsil prosesində subyekt kimi
iştirakı nəzərdə tutulur. Burada elmi fəaliyyət, elmi
yaradıcılıq göstəriciləri ilə yanaşı, təhsil subyekti ki-
mi fəaliyyət, yüksək səviyyəli mühazirələr oxumaq
səriştəsi və təcrübəsi, habelə tədrisin metodikasına
dair tədqiqatlar tələb olunur.
Sovet sistemində iddiaçının təhsil prosesində
iştirakı və tədrisin metodikası sahəsindəki xidmət-
ləri ön plana çəkilirdi və bəzən elmi nailiyyətlərsiz
və müvafiq elmi dərəcəsiz də professor adı verilirdi.
Nəticədə ali məktəblərdə çalışan doktorların sayı ilə
|