Azərbaycanda elm və onun aktual problemləri
- 144 -
Magistratura daha konkret bir sahə üzrə elmin
əsaslarını daha dərindən öyrətməklə yanaşı, həmin
dar ixtisas sahəsi üzrə ya elmi nəzəri tədqiqat apar-
maq, ya da elmi tətbiqi biliklərə yiyələnmək üçün-
dür. Hər iki halda elmi dünya görüşünün genişlən-
dirilməsi, ümumelmi tədqiqat metodlarının mənim-
sənilməsi nəzərdə tutulur. Beləliklə əsas ali təhsil
pilləsində müəyyən sahə üzrə əməli biliklər və vər-
dişlər sistemi ilə yanaşı ümumi elmi biliklər siste-
mi, başqa sözlə, ixtisas sahəsinin elmi əsasları da
mənimsədilir. Lakin hələ elmi yaradıcılıq vərdişləri
aşılanmır və elmi praktik biliyin əməli fəaliyyətə
tətbiqi sahəsində də ancaq məlum biliklər öyrədilir.
Magistratura pilləsində isə dar ixtisas sahəsinə aid
olan spesifik, diferensial elmi biliklər öyrədilir ki,
bu da elmin ön cəbhəsinə daha yaxın olmaqla ya
elmi tətbiqi yaradıcılıq üçün, ya da elmi-nəzəri ax-
tarışlar üçün müəyyən baza yaradır.
Fərdi yanaşma və yaradıcılıq tələb edən dife-
rensiallaşmış ixtisas sahələrindən fərqli olaraq daha
geniş fəaliyyət sahəsində çalışmaq üçün lazım olan
bilik və vərdişlərə daha çox sayda insan yiyələnir.
Başqa sözlə, müəyyən geniş sahə üzrə ən ümumi və
zəruri biliklərin mənimsənilməsi sonralar ixtisaslaş-
mış mütəxəssis olmaq və ya daha konkret bir prob-
lem üzrə ixtisaslaşaraq elmi tədqiqatlar aparmaq
üçün ilkin zəruri şərtdir. Magistratura və doktoran-
turaya daxil olmaq üçün əvvəlcə ali təhsil almaq tə-
Elm və təhsil
- 145 -
ləbi də bununla əlaqədardır. Beləliklə elmi biliklərin
əsaslarına yiyələnmək təkcə elm adamı olmaq üçün
deyil, bütün fəaliyyət sahələrində çalışmaq üçün,
praktik işçi olmaq üçün də zəruridir.
Elmi biliklər, elmin əsasları müasir dövrdə
bütün fəaliyyət sahələrinin strukturuna daxildirsə,
bəs onda elm digər fəaliyyət sahələrindən nə ilə
fərqlənir? Ümumiyyətlə elm əməli fəaliyyət sahə-
lərindən ayrımı mövcud olmalıdır ?
Digər tərəfdən, bütün ali məktəblərdə elmin
əsasları öyrədilirsə və gələcək elm adamları da
məhz bu təhsil alanlar sırasından çıxmalıdırsa, el-
min ictimai təşkilatlanma forması təhsil sahəsindən
kənardamı olmalıdır?
Keçmişdə elm və əməli fəaliyyətlər sahələri
ayrı olduqlarına görə, əməli işlə məşğul olan adam-
lara əməli bilik və vərdişlər kifayət etdiyinə görə
alimlər ancaq fundamental sahələr və ya fənlər üzrə
ixtisaslaşırdı. Yəni bilavasitə əməli fəaliyyətlə bağlı
olmayan riyaziyyat, fizika, kimya və s. fənlər – elm
sahələri hesab olunurdu. Müəllimlik, mühəndislik,
həkimlik və s. isə əməli fəaliyyət sahələri və ya peşə
hesab olunurdu. Sovet ali təhsil sistemi də əsasən bu
prinsip üzərində qurulmuşdu. «Universitetlər» adla-
nan təhsil müəssisələrində hər bir fənn bir fakultə
idi və birbaşa deyilməsə də belə nəzərdə tutulurdu
ki, burada elm adamları hazırlanır. Hətta həmin
|