Azərbaycanda elm və onun aktual problemləri
- 138 -
lemlərinin həllinə məhz gənc alimlərin təşəbbüs
göstərməsi heç kəsdə inamsızlıq doğurmasın.
Belə bir cəhət də nəzərə alınmalıdır ki, nəinki
problemlər, elmin özü də getdikcə qocalır. Görkəm-
li fizik Maks Delbryukun dediyi kimi, elm qocalır,
cəmiyyət isə cavan qalır. Elmin nailiyyətləri üst-
üstə toplanır, elmi informasiya çoxalır, nəhəng elm
ağacı bar gətirdikcə başı aşağı əyilir. Cəmiyyət isə
getdikcə yeniləşir, nəsillər bir-birini əvəz edir. Hər
yeni alim nəsli qarşısında daha mürəkkəb, daha cid-
di problemlər durur. Belə bir şəraitdə gərək yeni
nəslin tədqiqat imkanları da daim artsın.
Bəs, bu imkanları necə artırmaq olar?
Bəlkə yeni nəslin elmi tədqiqat imkanları ge-
netik yolla artır? Xeyr. Müşahidələr göstərir ki, in-
sanın intellektual imkanı çox ləng inkişaf edir. Mə-
sələn, yeni erada bu sahədə nəzərə çarpacaq təka-
mül hiss olunmur. Qalileyin Aristotelə və ya Eyn-
şteynin Qalileyə nəzərən intellektual üstünlüyündən
danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə,
Qaliley Aristotelə, Eynşteyn isə Qalileyə düzəliş
vermişdir. Məsələ burasındadır ki, intellektual sə-
viyyəsindən asılı olmayaraq hər sonra gələn nəsil
əvvəlki nəsildən miras qalmış daha mükəmməl elmi
aparata və metodlara yiyələnmiş olur. Bu da prob-
lemlərə daha dərin nüfuz eləmək imkanı yaradır.
Digər tərəfdən, qabaqcıl ölkələrdə elmin sosial
strukturu getdikcə təkmilləşir, əmək bölgüsü güc-
Elm və təhsil
- 139 -
lənir, alimlər kənar qayğılardan azad edilirlər. Bir
sözlə, bioloji genetika xüsusi rol oynamasa da, so-
sial-mənəvi genetika inkişafın əsas hərəkətverici
qüvvəsi kimi çıxış edir.
Deməli, elmin inkişafına yönəlmiş dövlət si-
yasətindən, sosial elm sisteminin nə dərəcədə sə-
mərəli təşkil olunmasından çox şey asılıdır. Bizim
respublikada bu sahədə vəziyyət hələ çox ağırdır.
Elm adamı ancaq öz başını dolandırmaq haqqında
düşünməli olur. Alimin vətəndaşlıq mövqeyini fərdi
hadisə kimi başa düşənlər səhv edirlər. Ayrıca bir
alim nə qədər böyük qeyrət sahibi olursa-olsun, heç
bir böyük problemi həll edə bilməz. "Tək əldən səs
çıxmaz" hikməti eyni dərəcədə elmə də aiddir. Adə-
tən böyük kəşflərdən, dünya miqyaslı elmi nailiy-
yətlərdən danışarkən gənclərin yadına qeyrət his-
sini, milli iftixar hissini də salmağı unutmurlar. La-
kin unudurlar ki, elm sosial hadisədir. Bizim elmi
sahədə geri qalmağımız gənclərimizin intellektual
potensialının və ya qeyrət hissinin zəifliyinə dəlalət
etmir. Elm meydanı güləş meydanı deyil. Halbuki,
müasir dövrdə hətta güləşdə və boksda da mübari-
zənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl – pro-
fessional məşqçi məktəbinin müntəzəm fəaliyyətin-
də, kadrların seçilməsi və tərbiyəsi prosesində həll
olunur. Elm üçün kadr hazırlığı nəinki aspirantura-
dan və ya ali məktəbdən, hətta lap orta məktəbdən,
bağçadan başlanır. Ona görə də, milli elmi kadrların
|