Azərbaycanda elm və onun aktual problemləri
- 130 -
biliyyətini inkişaf etdirmək üçün faydalı ola bilər.
Lakin təfəkkür qabiliyyətinin inkişafı hamı üçün hə-
qiqətən zəruri olan biliklərin öyrənilməsi prosesində
də həyata keçirilə bilər. Bu baxımdan nəinki təbiət-
şünaslıq fənləri, habelə tarix və ədəbiyyat fənlərinin
proqramı da məhz ümumbəşəri sərvətlərə yiyələn-
mək və müstəqil təfəkkür mədəniyyəti formalaşdır-
maq mövqeyindən yenidən işlənməlidir. Tarix keç-
miş haqqında informasiya mənbəyindən tərbiyə va-
sitəsinə çevrilməli, gənclərin vətəndaş kimi for-
malaşmasına xidmət etməlidir. "İnsan və cəmiyyət"
kursu da məhz sinfi qütbləşmə mövqeyindən
ümumbəşəri sərvətlərə qayıdış dalğasında meydana
çıxmışdır və gənclərin dünyagörüşünün yeni təfək-
kür mövqeyindən formalaşdırılmasına xidmət etmə-
lidir. O, bazar iqtisadiyyatı, azad rəqabət və işgüzar-
lıq şəraitində müstəqil həyata atılan gənclərə həyati
zərurət kimi olan biliklər kompleksini əhatə etmək
baxımından ən aktual fəndir.
Orta məktəbi bitirən gənc, gələcəkdə hansı ix-
tisası seçəcəyindən və təhsilini davam etdirib-et-
dirməyəcəyindən asılı olmadan, artıq cəmiyyətin
yetkin bir üzvü kimi formalaşmalıdır. Özünü dərk
etmədən və yaşadığı cəmiyyətin keçmişini və bu-
gününü öyrənmədən həyata atılanlar uğur qazana
bilməzlər. Cəmiyyətin tam hüquqlu üzvü, fəal və-
təndaş kimi formalaşmaq üçün hər bir şəxsin ictimai
həyat hadisələrini müstəqil surətdə təhlil etmək və
Elm və təhsil
- 131 -
öz həyat yolunu, siyasi mövqeyini şüurlu surətdə
seçmək imkanı olmalıdır.
Gənc kadrların praktik iş keyfiyyətlərinəmi da-
ha yaxşı yiyələnməsi, yoxsa elmi yaradıcılığamı
meylli olması yuxarı kurslarda artıq aydınlaşdırılmalı,
magistraturaya və doktoranturaya qəbul da məhz
elmi yaradıcılıq istedadı əsasında müəyyənləşdiril-
məlidir. Doktoranturanın ikinci pilləsi deyilən təhsil
forması isə ləğv edilməli, Ph.D dərəcəsi almış
şəxslərə dünya praktikasına uyğun olaraq müstəqil
elmi fəaliyyət üçün sadəcə şərait yaradılmalı, lazım
gələrsə onlar müvafiq ixtisas üzrə tanınmış elm mər-
kəzlərinə ezam edilməlidirlər. Yəni “bütün elm sahə-
ləri üzrə bizdə yaradıcılıq mühiti var və biz dokto-
ranturanın ikinci pilləsi deyilən təhsil vasitəsilə yük-
sək dərəcəli alimlər hazırlayırıq”, – deyə özümüzü
aldatmayaq. Unutmayaq ki, dünya elminə inteqrasi-
yanın mühüm şərtlərindən biri məhz elmi yaradıcılıq
ezamiyyətləridir. Xüsusən fundamental elm sahələ-
rində yeganə çıxış yolu budur. Tətbiqi elmin də bir
çox sahələrində də biz hələ uzun müddət dünya prak-
tikasını öyrənməliyik. Ancaq humanitar və ictimai
elm sahələrində bütün ağırlıq mərkəzi öz ölkəmizdə
olmalı və məhz buna görə də Akademiyanın priori-
tetləri müəyyənləşdirilərkən bu mühüm cəhət nəzərə
alınmalıdır.
|