Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə123/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   119   120   121   122   123   124   125   126   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 134 -
həyatdakı  mənəvi  durğunluğun  elmə  nüfuz  etməsi 
alimlərin  mütəşəkkil  və  məqsədyönlü  fəaliyyətini 
çətinləşdirir. Elm hələ heç cür öz nüfuzunu yüksəlt-
mək və ictimai həyata fəal müdaxilə etmək mövqe-
yini  tuta  bilmir.  Halbuki  belə  bir  şəraitdə  respub-
likamızın cəmiyyətşünas alimləri təşəbbüsü öz üzə-
rinə götürməli, qarşıda duran  çətin vəzifənin  yerinə 
yetirilməsində öz sözünü deməlidirlər.  
Respublikamızın  sosial-iqtisadi  və  mənəvi 
həyatında  uzun  illərdən  bəri  yığılıb  qalmış  ciddi 
problemlərin  sistemli  şəkildə  öyrənilməsi,  keçid 
dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahə-
də kompleks tədqiqatlar aparılması bütün cəmiyyət-
şünas  alimlərin:  filosofların,  sosioloqların,  iqtisad-
çıların,  tarixçilərin  və  s.  qarşılıqlı  əməkdaşlığını  və 
birgə  fəaliyyətini  tələb  edir.  Bizim  hamımızın  bir 
ümumi tədqiqat obyektimiz var. Bu da ümumdünya 
kontekstində  götürülmüş  Azərbaycandır;  onun 
tarixi, mədəniyyəti, dili, habelə sosial, iqtisadi, siya-
si, ekoloji, demoqrafik problemləridir. Bu problem-
lərin  müxtəlif  müstəvilərdə,  rakurslarda  tədqiqi  ilə 
məşğul  olan  alimlərimiz  bir-birindən  ayrı  düşmüş, 
bir-birini dinləmək, fikir mübadiləsi aparmaq imka-
nından  məhrum  olmuşlar.  Hərə  öz  şöbəsindən,  ka-
fedrasından,  ən  yaxşı  halda  isə  öz  institutundan 
kənarda  fəaliyyət  göstərən  tədqiqatçılardan  xəbər-
sizdir.  Alim  ziyalılarımız  arasındakı  pərakəndəlik, 
akademiyada,  ali  məktəblərdə  və  digər  elmi  müəs-


Elm və təhsil 
 
 
- 135 -
sisələrdə  çalışan  alimlərin  tədqiqatlarının  əlaqələn-
dirilməməsi,  vahid  elmi  cəbhə  yaradılmaması,  elm 
adamlarının  passiv  həyat  mövqeyi  gənc  alimlərin 
formalaşmasına pis təsir göstərir. 
Müasir  dövrdə  cəmiyyətşünaslığın  əsas  məq-
sədlərindən  biri  ictimai  problemlərin  öyrənilməsi 
sahəsində  səyləri  birləşdirməklə  yanaşı,  gənclərin 
intellektual  tərbiyəsi  üçün  də  şərait  yaratmaq,  on-
ların müstəqil düşüncə və diskussiya mədəniyyətinə 
yiyələnməsinə nail olmaqdan ibarətdir. 
Müstəqil  Azərbaycanın  hərtərəfli  surətdə  öy-
rənilməsi,  kompleks  tədqiqat  proqramları  yaradıl-
ması  və  bu  işə  gənc  alimlərin  cəlb  edilməsi,  is-
tedadlı  gənclərin  intellektindən  səmərəli  istifadə 
olunması günün aktual problemlərindəndir.  
Biz  yolun  hələ  lap  başlanğıcındayıq.  Məqsəd 
ictimai  həyatımızın  aktual  problemlərinin  tədqiqi 
sahəsində  fayda  verə  biləcək  hər  bir  adamı,  ixtisa-
sından  asılı  olmayaraq,  bu  ümumxalq  işinə  cəlb  et-
məkdir. 
Bu  gün  xalqımızı,  cəmiyyətimizi,  respublika-
mızı  narahat  edən  başlıca  məsələləri  elm  süzgəcin-
dən keçirmək, konkret praktik tövsiyələr hazırlamaq 
tələb  olunur.  Bu  iş  yalnız  gəncliklə  bağlı  olmayıb, 
ümumxalq  işidir.  Əgər  gənc  nəsl  belə  çətin  və 
mürəkkəb  bir  vəzifəni  öz  öhdəsinə  götürürsə, 
deməli  təkcə  öz  gənclik  enerjisinə  deyil,  həm  də 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin