Azərbaycanda elm və onun aktual problemləri
- 128 -
1. Ali məktəblərin elmi bazasının möhkəmlən-
dirilməsi və burada alimlərin elmi tədqiqat işinin
iqtisadi cəhətdən stimullaşdırılması.
2. Akademiya, ali məktəb və sahə elmlərinin
qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi, müəllim-
alimlərin Akademiya və sahə elminin bazasından
istifadə etməsi üçün şərait yaradılması. Birgə elmi
tədqiqat işlərinin genişləndirilməsi.
3. Aspirant və tələbələrin eyni hüquqlu kadr
kimi birgə elmi tədqiqatlara cəlb edilməsi.
4. Bir sıra elmi tədqiqat institutlarının univer-
sitet tabeliyinə keçirilməsi və ya ali məktəblə təd-
qiqat institutlarının inteqrasiyası.
5. Ali məktəbin istehsalla bilavasitə əlaqəsinin
gücləndirilməsi, bu məqsədlə yeni təşkilati forma-
lardan, xüsusən təsərrüfat hesablı müqavilələrdən
geniş istifadə olunması.
6. Tədris-elm-istehsalat birliklərinin yaradıl-
ması. İstehsal müəssisələrinin təcrübə bazası kimi
ali məktəblərin sərəncamına verilməsi.
* * *
Ölkəmizdə təhsil sisteminin elmi-nəzəri əsas-
ları hələ indiyədək ciddi surətdə tədqiq edilmədi-
yindən və elmşünaslıqla, elmlərin təsnifatı ilə əlaqə-
ləndirilmədiyindən hansı təhsil mərhələsində hansı
fənlərin tədris olunması məsələsi çox vaxt təsadüfi
Elm və təhsil
- 129 -
mülahizələrlə həll olunur. Xüsusən orta məktəblərdə
dərin kök atmış stereotiplərdən və pis mənada ən-
ənəçilikdən xilas olmaq çox çətindir. Məsələn, gələ-
cəkdə buruq ustası, dərzi, aktyor və ya hüquqşünas
olacaq adamlara icbari yolla molekulyar fizika, üzvi
kimya və triqonometriya keçmək nə dərəcədə məq-
sədəuyğundur? Göründüyü kimi sual çox ciddi bir
problemə aiddir. Yaradıcı təfəkkürü təzəcə forma-
laşan, böyük düşüncə potensialına malik olan və
əməli vərdişlərə yiyələnməyin ən münasib çağını
yaşayan yeniyetmələr ordusunu lazımsız informasi-
ya ilə yükləmək zərurəti nə ilə əsaslandırılır? Lap
bu yaxınlara qədər belə bir "əsas" var idi. Hər bir
sovet gəncinin çoxsahəli biliyə malik olması hərtə-
rəfli inkişaf etmiş kommunizm qurucuları hazırlan-
ması proqramının tərkib hissəsi idi. Lakin elə ki, biz
yeni təfəkkür sayəsində digər kommunizm qurucu-
luğu stereotipləri ilə yanaşı "hərtərəfli inkişaf" te-
zisinin mütləqləşdirilməsindən də azad oluruq, elə
ki, sivilizasiyanın əsasında əmək bölgüsü və ixtisas-
laşma zərurətinin dayanması kimi sadə həqiqəti ar-
tıq qəbul edirik, onda təhsilin strukturuna da sağlam
məntiq mövqeyindən yanaşmaq imkanı açılır.
Orta ümumtəhsil məktəblərində yalnız gələ-
cək ixtisasından asılı olmadan hamı üçün faydalı
olan fənlər keçilməsi məqsədəuyğundur. Təbiətşü-
naslıq fənlərinin sistemli surətdə öyrənilməsi ümu-
mi mədəni tərəqqi baxımından ancaq təfəkkür qa-
|