Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə117/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   113   114   115   116   117   118   119   120   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 122 -
dan yeni elmi biliklər almaq, gerçəklik haqqında hə-
qiqəti üzə çıxarmaqdır.  
Bəs  ali  məktəb?  Burada  çalışan  müəllimlər 
həm  də  elm  adamlarıdır,  elmi  tədqiqat  vərdişlərinə 
malikdirlər.  Əlbəttə,  müəllimin  ilk  əsas  vəzifəsi 
tədris  etmək,  məlum  bilikləri  öyrətməkdir.  Lakin 
necə etmək olar ki, müəllimlik və alimlik tam müs-
təqil  fəaliyyət  sahələri  kimi  bir-birinə  qarşı  dayan-
masın, əksinə, eyni məqsəd ətrafında birləşərək bir-
birini tamamlasın. Axı, müəllim heç də yalnız hazır 
biliklərin  mənimsənilməsi  ilə  kifayətlənməməli,  tə-
ləbələrə  həm  də  yeni  bilik  axtarılması  yollarını  öy-
rətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı tə-
fəkkür  əldə  etmədən  tələbə  aldığı  bilikləri  uğurla 
tətbiq  edə  bilməz  və  yeni  standartdan  kənar  qeyri-
normal  vəziyyətlərdə  çıxış  yolu  tapa  bilmədiyindən 
durğunluğun,  ətalətin,  ehkamçılığın  daşıyıcısı  olar. 
Bu  baxımdan,  ölkəmizdə  ətalət  və  ehkamçılığın 
qalıqları  təhsil  sistemi  də  böyük  neqativ  rol  oyna-
mışdır.  Hazır  biliklərin  öyrədilməsi  ilə  kifayətlən-
məmək  və  tələbələrdə  tədqiqatçılıq  vərdişləri,  yara-
dıcı  təfəkkür  formalaşdırmaq  üçün  isə  tədris  prose-
sinin  özü  real  tədqiqat  laboratoriyasına  çevrilmə-
lidir.  Alimlik  və  müəllimlik  müəyyən  spesifik  cə-
hətlərlə  şərtlənsə  də,  bir  sıra  ümumi  cəhətlərə  də 
malikdir.  Təsadüfi  deyil  ki,  respublikamızda  elmi 
kadrların  üçdə  birindən  çoxu  ali  məktəblərdə  cəm-
lənmişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nis-


Elm və təhsil 
 
 
- 123 -
bi sayına görə ali məktəb akademiya və sahə elmini 
xeyli qabaqlayır. Belə bir şəraitdə fundamental elmi 
tədqiqat  işinin  əsasən  Akademiya  institutlarında 
aparılması,  ali  məktəblərin  isə  bu  işə  ancaq  qismən 
qoşulması  yolverilməz  haldır.  Respublikanın  məh-
dud imkanları müqabilində bütün elmi avadanlıq və 
təchizat  mərkəzləşdirilməli  olduğu  halda,  tam  bir 
pərakəndəlik hökm sürür. 
Elmin  idarə  olunması  hələ  də  sosializmdən 
qalma ənənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə 
həyata  keçirilir.  Həmin  dövrdə  elmin  spesifikasını 
nəzərə  almadan  elmi  institutlarda  və  ali  məktəb 
kafedralarında, təsərrüfat müəssisələrində analoji ni-
zam-intizam  yaratmağa  təşəbbüs  göstərilir,  «təşki-
latçılıq  qabiliyyəti»  olan  adamlar  elmdə  də  «dəmir 
qayda»ya  nail  olurdular.  Akademiyanın  qapısı  ağ-
zına milis işçiləri qoyulması və ali məktəb müəllim-
lərinin,  başqa  müəssisələrdə  çalışan  alimlərin  içəri 
buraxılmaması,  elmi  işçilərdən  elmi  nəticə  soruş-
maq  əvəzinə,  onların  səkkiz  saat  şöbədə  oturmala-
rının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın 
spesifikasını  «unutmaqdan»  irəli  gəlirdi.  İndi  isə 
tam tərsinə olmuş, demokratik rejimə keçid hər cür 
nizam-intizamdan  imtina  edilməsi  kimi  qəbul 
edilmişdir. 
Elmşünaslıq problemlərinin böyük bilicisi Xu-
du  Məmmədov  danışırdı  ki,  akademik  İ.Vekua  No-
vosibirskdən  qayıdaraq  Gürcüstan  SSR  Elmlər 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin