Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə114/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   110   111   112   113   114   115   116   117   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 116 -
ki,  elm  və  təhsilin  mahiyyətlərinin  çox  vaxt  qarışıq 
salınması nəticəsində bu barədəki qanunlar da, necə 
deyərlər,  bir-birini  əhatə  dairələrinə  təcavüz  edir, 
özünə  aid  olmayan  məsələlərin  hüquqi  tənzimlən-
məsi iddiası ilə çıxış edir.  
 
 
Təhsil müəssisəsində elmi fəaliyyət  
 
Müasir təhsilin məzmununu əsasən elmi bilik-
lər təşkil edir. Əlbəttə, hər bir insana adi məişət bi-
likləri, əməli bilik və vərdişlər də lazımdır. Lakin bu 
bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə 
daha  çox  dərəcədə  nəzəri  biliklərin  sahələr  üzrə  və 
sistemli şəkildə öyrədilməsinə üstünlük verir.  
Bəzən  elə  olur  ki,  insanın  gələcək  həyat  və 
fəaliyyətində lazım olan bilik və vərdişlərin bir qis-
mi nə ailədə, nə də məktəbdə mənimsədilmir. İnsan 
bunları müstəqil surətdə öyrənməli olur.  
Məktəbə  gedənlərin  heç  də  hamısı  gələcəkdə 
alim olmur. Əksinə, özünü elmə həsr edənlərin nisbi 
sayı  çox  az  olur.  Bəs  nəyə  görə  müasir  məktəb  nə-
zəri biliklərin öyrədilməsinə üstünlük verir?  
Müasir  dövrdə  bütün  ixtisas  sahələri  eyni  də-
rəcədə diferensiallaşmışdır. Və əməli fəaliyyət sahə-
lərinin  çoxunda  müvafiq  elmi-nəzəri  biliklər  tələb 
olunur.  Yəni  elm  həyatın  bütün  sahələrinə  nüfuz 


Elm və təhsil 
 
 
- 117 -
etmişdir. Görünür, təhsilin məzmununda elmi bilik-
lərə üstünlük verilməsi də əsasən bununla bağlıdır. 
Digər tərəfdən, məgər oxumaqla, savad almaq-
la, çox bilməklə alim olmaq mümkündürmü? Elə bu 
cür yanaşıldığına görə deyilmi ki, dissertasiyalar əsa-
sən  müəyyən  mövzu  üzrə  hazırlanmış  icmallardan 
ibarət  olur.  Axı,  elmi  fəaliyyət  yaradıcı  bir  işdir  və 
yeni  elmi  biliklər  əldə  olunmasına  yönəldilmişdir. 
Təhsil isə artıq məlum olan biliklərin mənimsənilmə-
si  prosesidir.  Bu  başqa  məsələ  ki,  yaxşı  qurulmuş 
təhsil prosesi  yaradıcı təfəkkürü də inkişaf  etdirir  və 
gənclər  hələ  tələbə  ikən  elmi  fəaliyyət  mühitinə  uy-
ğunlaşdırılırlar.  
Lakin  təhsilin  məqsədi  alim  hazırlamaq  deyil. 
Təhsil bütün sahələr üzrə ictimai tələbata uyğun mü-
təxəssislər yetişdirmək üçündür. Ona görə də Qərbdə 
ali  təhsil  müvafiq  ixtisas  üzrə  praktik  fəaliyyətlə  sıx 
surətdə  bağlı  olur.  Biz  isə  elə  yalnız  bilik  öyrətmək 
və tələbələrin başını lazımlı-lazımsız informasiya ilə 
doldurmaqla məşğuluq. Təbii ki, testlər də elə məlu-
matlılıq dərəcəsinin yoxlanmasına uyğun hazırlanır. 
Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər 
ümumiyyətlə  elm  haqqında,  onun  mahiyyəti  və 
funksiyaları, praktik əhəmiyyəti haqqında nə bilir və 
tələbələrə  bunu  necə  izah  edirlər?  Bir  sözlə,  elm 
nədir və onun məqsədi nədən ibarətdir? 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin