Azərbaycanda elm və onun aktual problemləri
- 118 -
İncəsənətin məqsədi insanın emosional-mənə-
vi dünyasını zənginləşdirmək, onu daha saf, daha
təmiz etmək – onun mənəvi imkanlarını artırmaqdır.
Elmin məqsədi isə insanın intellektual dünya-
sını zənginləşdirmək, onu daha məlumatlı, daha bi-
likli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayə-
sində onun imkanlarını artırmaqdır.
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiət-
lə mübarizədə insanı daha güclü edir. Lakin insanın
maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yö-
nəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi
də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli
olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-
texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əx-
laqi səviyyə ilə tamamlanmalıdır.
Təhsil müəssisələrində elmi fəaliyyətin spesi-
fikasını aydınlaşdırmaq və optimal təşkilati struk-
turlar və prinsiplər müəyyənləşdirmək üçün bir tə-
rəfdən, təhsil və elmin mahiyyəti, digər tərəfdən isə,
inkişaf etmiş ölkələrdə bu sahədə yüz illər boyu
əldə olunmuş təcrübə nəzərə alınmalıdır.
İstər yaradıcı təfəkkür aşılayan tədris prosesi,
istərsə də həqiqətin üzə çıxarılmasına, yeni biliklər
əldə edilməsinə yönəldilmiş tədqiqat prosesi (funda-
mental elmlər) eyni idraki mexanizmə əsaslanır.
Deməli, bu sahələrin ən optimal təşkilati strukturu
yalnız onların vahid prosesə çevrilməsi şəraitində
təmin edilə bilər.
Elm və təhsil
- 119 -
Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi
nisbi müstəqilliyə malik olsalar da, həmişə əlaqəli
olmuşlar. Bu əlaqə, ilk növbədə, hər iki sahədə yük-
sək intellektual səviyyə və geniş məlumat dairəsi
olan adamların çalışması ilə bağlıdır.
Elm və təhsilin sosial sistem kimi təşkil olun-
madığı vaxtlarda ilk müəllimlər məhz ilk alimlər
arasından çıxmışlar. Az-çox dərəcədə təşkil olun-
muş ilk təhsil ocaqlarından biri olan Platon Akade-
miyası timsalında bu tarixi qoşalıq çox gözəl gö-
rünür. Bir çox elm klassikləri öz əsərləri ilə bərabər
həm də davamçı-şagirdlər qoyub getmiş və elm ta-
rixinə müəyyən bir məktəbin banisi kimi daxil ol-
muşlar. N.Borun məşhurlaşmasında onun yaratdığı
məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu,
heç də bütün alimlərə müyəssər olmamışdır. Ən bö-
yük alimlərdə də öz biliyini başqalarına öyrətmək
ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi elmi ya-
radıcılığı ilə elmə böyük töhfələr vermiş A.Eyn-
şteyn buna ən yaxşı misaldır.
Şagirdlər və davamçılar olmadıqda alimin yal-
nız bitkin tədqiqatları elm xəzinəsinə daxil olur: ne-
çə-neçə yarımçıq tədqiqatlar, ideyalar isə üzə çıx-
mır, itib gedir. Alimin məktəbi, laboratoriyası və s.
başlanmış axtarışların davam etdirilməsinə, ideyala-
rın və tədqiqat vərdişlərinin yeni nəslə ötürülməsinə
xidmət etməklə, əslində təhsil sisteminin funksiya-
larını yerinə yetirmiş olur. Özü də bu, artıq formal
|