ELM VƏ TƏHSİL Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Ə bu Turxan Bir elmşünas kimi, bilavasitə elm və təhsilin
öyrənilməsi ilə məşğul olan tədqiqatçı olaraq və bu
iki fəaliyyət sahəsinin ümumi və fərqli cəhətlərini
müqayisə etməklə, mən həmişə dövlətimizin elm və
təhsil sahəsindəki siyasətinin vahid konsepsiyaya
əsaslanması zərurətindən çıxış etmişəm. Elm və təh-
sil haqqında qanunlar ayrı-ayrı olsalar da, onlar əv-
vəlcə birlikdə, vahid sistemin tərkib hissələri kimi
nəzərdən keçirilməli və yalnız bundan sonra onların
nisbi müstəqil mövcudluq qaydaları hüquqi müstə-
vidə təsbit olunmalıdır, spesifik hüquqi tənzimləmə
sistemləri yaradılmalıdır.
Biz, vahid elm və təhsil konsepsiyasından
çıxış etmək zərurətini qeyd edərkən, heç də bu iki
sahənin həddindən artıq yaxın olduğunu nəzərə
çarpdırmaq fikrində deyilik. Əksinə, məqsəd bu iki
sahə arasındakı fərqlərin nəzərə alınmasıdır. Belə