Azərbaycanda elm və onun aktual problemləri
- 132 -
Ali təhsildən sonrakı təhsil və gənclərin elmi
tədqiqata cəlb olunması
Gənclərimizi elmə, mədəniyyətə
daha da çox cəlb etmək lazımdır.
Gənclərimizdə elmi-tədqiqat işlərinə
həvəs oyatmaq lazımdır.
Heydər Əliyev
Azərbaycan elminin perspektivləri müasir
gəncliyin elmi-tədqiqat işinə necə cəlb olunmasın-
dan, onlar üçün müvafiq elmi mühit yaradılmasın-
dan asılıdır.
Üstün elmi-tədqiqat istiqamətlərinin düzgün
seçilməsi, tələbə, aspirant və gənc alimlərin intel-
lektual potensialının ölkəmiz üçün gərəkli olan
problemlərə yönəldilməsi elm təşkilatçılarının, el-
mi-tədqiqat institutları və ali məktəb rəhbərlərinin
başlıca vəzifələrindən biridir.
Yaxın keçmişdə kommunist ideologiyası cə-
miyyətşünaslıq sahəsindəki tədqiqatları məhdudlaş-
dırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol
verilmədiyindən bütün intellektual potensial əsasən
təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə
də, cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi
əsaslarla idarə olunması, menecmentin, tədbiqi so-
siologiyanın bir elm kimi təşəkkül tapması ancaq
kapitalist ölkələrinə xas bir hadisə idi. İndi ictimai
elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan
Elm və təhsil
- 133 -
açılmışdır. Həm də milli dövlət quruculuğu bu sa-
hədəki tədqiqatların aktuallığını daha da artırır və
intellektual potensialın daha çox bu sahəyə yönəl-
dilməsini tələb edir.
Hər hansı bir dövlət beynəlxalq miqyasda yal-
nız o zaman özünü müstəqil hiss edə bilər, öz mə-
nafeyini müdafiə edə bilər ki, mövcud geopolitik
kontekstdə onun yeri dəqiq surətdə araşdırılmış ol-
sun, bu sahədə ciddi fəlsəfi, siyasi, iqtisadi təd-
qiqatlar aparılmış olsun, bir sözlə, praktik fəaliyyət
elmi zəmində aparılsın. Lakin təəssüf ki, ictimai
elmlər sahəsində Azərbaycanda ciddi bir dönüm
hələ də hiss olunmur.
Bu gün Azərbaycan beynəlxalq siyasət are-
nasına inamla çıxa bilirsə, özünəməxsus siyasi
mövqeyi və nüfuzu varsa, bunlar hamısı ancaq onun
rəhbərinin şəxsi nüfuzu, beynəlxalq siyasi təcrübəsi
və böyük intellektual potensialı sayəsində mümkün
olur. Lakin cəmiyyətin bütün pillələrdə, ayrı-ayrı
müəssisə və təşkilatlardan başlamış ümumölkə miq-
yasına qədər elmi əsaslarla təşkili və idarə olunması
üçün müasir Azərbaycan cəmiyyətşünaslığının yara-
dılmasına böyük ehtiyac vardır və bu işə heç şüb-
həsiz, marksist-leninçi ictimai-siyasi fikrin təsirin-
dən azad olan gənc cəmiyyətşünas alimlərin cəlb
edilməsi tələb olunur.
Bu gün cəmiyyətin öyrənilməsi sahəsində res-
publika alimlərinin tutduğu passiv mövqe, ictimai
|