Azərbaycanda elm və onun aktual problemləri
- 126 -
fessor-müəllim heyətinin yenə də fəal elmi təd-
qiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə
nəinki professor-müəllim heyətinin (respublikanın
yüksək ixtisaslı elmi kadrlarının az qala yarısının)
elmi tədqiqat imkanları reallaşmır, həm də bu
imkanları tədricən itirməklə onlar yaradıcı müəllim
kimi də çox şey itirmiş olurlar.
Ali məktəbdə müəllimdən həm də alimlik
tələb olunur və bu cəhət yalnız tədris prosesindən
kənarda, başqa şəraitdə və başqa bir sistemin (elm
sistemi) daxilində yox, məhz tədris prosesində
nümayiş etdirilməli, daha doğrusu, elmi tədqiqatla
tədris işi birləşdirilməlidir. Bu, xüsusən universitet
təhsilini şərtləndirən ən ciddi tələblərdən biridir və
qabaqcıl universitetlər öz işini məhz bu istiqamətdə
yenidən qurmağa çalışırlar. İnkişaf etmiş kapitalist
ölkələrində fundamental elmi tədqiqatların əsasən
universitetlər tərəfindən həyata keçirilməsi heç də
təsadüfi deyildir. Bu baxımdan, ABŞ-ın təcrübəsi
xüsusi diqqətə layiqdir. Burada ali məktəblər ara-
sında universitetlərin xüsusi çəkisi böyükdür və on-
lar ən müasir tələblər səviyyəsində elmi bazaya ma-
lik olduqlarından elmin tərəqqisində aparıcı rol oy-
nayırlar. ABŞ-ın bütün fundamental elmi tədqiqat-
larının 60%-dən çoxu universitetlərin payına düşür.
Ən böyük universitetlərin (multiuniversitetlər) tərki-
bində müasir avadanlıqla təchiz olunmuş bütöv təd-
qiqat mərkəzləri və elmi tədqiqat institutları fəaliy-
Elm və təhsil
- 127 -
yət göstərir. Həmin tədqiqat müəssisələrinin Akade-
miya yox, universitet nəzdində olmasının üstün cə-
hətlərindən biri yüksək ixtisaslı alim-müəllimlərin
elmi potensialından səmərəli istifadə olunmasıdır.
Digər tərəfdən, elmi mərkəzə tədqiqatçı kimi cəlb
olunmuş adamlar, əgər xüsusi qabiliyyətləri varsa,
özlərini qabaqcıl müəllim kimi də göstərmək imkanı
əldə edir. Müəllimlik və alimlik funksiyaları ara-
sında qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə,
bu cür təşkilati strukturun ən böyük üstünlüyü aspi-
rant və tələbələrin universitet nəzdindəki elmi mər-
kəzlərin bazasından istifadə etmək imkanıdır. Tə-
ləbələrin hələ təhsil dövründə əsl elmi tədqiqata
cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın
xüsusi əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxt-
lar xüsusi tədqiqat universitetlərinə (multiuniversi-
tet) geniş yer verilir. Multiuniversitetlərdən fərqli
olaraq, elmi tədqiqat müəssisələri təhsil müəssisəsi-
nin nəzdində olur, onun içərisində əridilir, yəni təh-
sil və elmi tədqiqat eyni bir prosesə çevrilir. Burada
oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və ən
aktual problemlərin həllində bilavasitə iştirak edir-
lər. ABŞ-ın bu qabaqcıl təcrübəsi, heç şübhəsiz, biz-
də də nəzərə alınmalıdır.
Respublikamızda ali məktəbin elmi poten-
sialından daha səmərəli istifadə etmək üçün həyata
keçirilməsi zəruri olan aşağıdakı islahatlar xüsusi
qeyd oluna bilər:
|