Azərbaycanda elm və onun aktual problemləri
- 148 -
tən aşağı bilik verən amma müəllim hazırlığı üçün
zəruri proqramı yerinə yetirməyə çalışan pedoqoci
universitetlər. Hər birinin də öz magistraturası, dok-
toranturası.
Elmi-tədqiqat sahəsində bizdən xeyli irəlidə
gedən Avropa ölkələrində, ABŞ-da və Yaponiyada
öyrətmək adı ilə tədqiqatçını daha çox çərçivələrə
salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik
vermək, onun sərbəstlik dərəcəsini artırmaq üçün
yollar axtarılır. Bu ölkələrdə elmi dərəcələrin veril-
məsi səlahiyyəti də bizdəki kimi çoxpilləli bürok-
ratik strukturlara deyil, Elmi Şuraların kompeten-
siyasına aiddir. Elmi dərəcələr və adlar bütün ölkə
miqyasında vahid standartlar və meyarlar əsasında
eyni bir komissiya tərəfindən deyil, müxtəlif univer-
sitetlərin Elmi Şuraları tərəfindən verildiyindən id-
diaçı seçim imkanına malikdir. Belə ki, hər hansı bir
komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymət-
ləndirmirsə və burada subyektiv amillər varsa, id-
diaçı başqa universitetdə, başqa komissiya qarşısın-
da öz şansını reallaşdırmaq imkanına malikdir. Bi-
zim ölkədə isə Ali Attestasiya Komissiyası deyilən
mərkəzləşmiş qurum subyektivlik göstərərsə, iddia-
çının heç bir seçim imkanı qalmır. Bu isə dövlət
quruculuğunda başlıca strateji xətt olan cəmiyyətin
demokratikləşdirilməsi prinsipinə heç cür uyğun
gəlmir.
Elm və təhsil
- 149 -
Əgər biz inkişaf etmiş Qərb ölkələrinin təcrü-
bəsini və ya sovet təhsilinin üstün cəhətlərini tətbiq
etmək istəyiriksə, bunun üçün sadəcə təqlidçilik az-
dır. Təqlid üzərində "yaradıcılıq" edərək yeni kom-
binasiyalar hazırlamaq isə ikiqat yolverilməz haldır.
Əsas məsələ, mahiyyətlərin düzgün dərk olunması-
dır. Əgər formaya yox, təzahürlərə yox, mahiyyətə
diqqət yetirsək görərik ki, sovet təhsil sistemi də,
Qərb modelləri də eyni mahiyyətin müxtəlif təza-
hürləridir. Sovet dövründə beş il ərzində ali təhsilli
mütəxəssislər hazırlandıqdan sonra onların arasında
elmi iş üçün seçilən məzunlar aspiranturada məhz
bu məqsədə xidmət edən əlavə təhsil alır və həm də
müəyyən mövzu üzrə elmi-tədqiqat işi apararaq,
"dissertasiya" adlanan elmi əsər yazırdılar. Əgər id-
diaçı yazdığı əsərdəki elmi müddəaları Elmi Şura
qarşısında müdafiə edə bilirdisə, onlara elmi dərəcə
verilirdi. İkinci elmi dərəcə almaq, "elmlər doktoru"
olmaq üçün isə heç bir təhsil pilləsi tələb olunmur-
du.
Qərb ölkələrində elmi işə magistratura pillə-
sində başlanır və ona görə də elmi yaradıcılıqla bağ-
lı biliklər də bu pillədə verilir. İddiaçı elm adamı
üçün lazım olan bilik və vərdişlərə yiyələndikdən və
özünün ilk müstəqil tədqiqat işini yazaraq, Elmi Şu-
ra qarşısında müdafiə etdikdən sonra ona ilk elmi
dərəcə verilir. Bundan sonra elm yolunu davam et-
dirmək istəyənlər üçün bu və ya digər elmi-tədqiqat
|