Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə139/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   135   136   137   138   139   140   141   142   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 164 -
olmalı  idi  ki,  ənənəvi  texniki  peşə  məktəblərinin 
məzunlarına  tam  orta  təhsil  sənədi  vermək  zərurəti 
yaranmasın.  Lakin  qanun  layihəsində  ümumi  orta 
təhsildən sonrakı bütün təhsil formaları yenə də tam 
orta təhsil attestatı vermək hüququna malikdir. 
Əslində bölgü necə getməlidir? 
İcbari qaydada ümumi orta təhsil almış gənc-
lər  əgər  müsabiqə  yolu  ilə  (ya  da  arzudan  asılı  ola-
raq)  təmayüllü  liseylərdə,  yaxud  orta  peşə-ixtisas 
təhsili müəssisələrində davam etdirərlərsə onlar tam 
orta  təhsil  almaq  hüququ  qazanırlar.  Lakin,  əlbəttə, 
burada  da  hamının  attestat  alması  zərurəti  yoxdur. 
Məsələn,  buraxılış  imtahanları  mərkəzləşmiş  test 
qaydası  ilə  keçirilsə  tələb  olunan  zəruri  minimum 
həcmində bal toplaya bilməyənlərə attestat verilmə-
məlidir.  Lakin,  əlbəttə,  onlara  növbəti  dəfə  özlərini 
sınamaq şansı verilməlidir. 
Tam  orta  təhsil  hüququndan  könüllü  surətdə 
imtina edən və ilk peşə-ixtisas təhsili almaq istəyən 
abituriyentlərə paralel olaraq tam orta təhsil haqqın-
da  dövlət  sənədi  verilməsi  praktikasına  isə  son  qo-
yulmalıdır.  Yəni  layihədəki  20.4  bəndi  çıxarılmalı-
dır. 
 
Sual:  Siz  indi  əsasən  elmi-fəlsəfi  fəaliyyətlə 
məşğulsunuz.  Qanun  layihəsindəki  elmlə  bağlı 
müddəalara münasibətiniz necədir? 


Elm və təhsil 
 
 
- 165 -
–  Mən  indiki  vaxtda  təhsil  fəaliyyətindən 
uzaqlaşdığım və ancaq elmi-fəlsəfi fəaliyyətlə məş-
ğul  olduğum  üçün  qanun  layihəsində  ancaq  elmlə 
bağlı müddəalara toxunmaq istərdim. 
Azərbaycanda  müstəqillik  əldə  etdikdən  bu 
günə  qədər  elmi  fəaliyyət  sahəsini  tənzimləyən  hər 
hansı  bir  qanunun  qəbul  edilməməsi  heç  şübhəsiz 
böyük  çatışmazlıqdır.  Əslində,  təhsil  haqqında  qa-
nun  elm  haqqında  qanunla  eyni  vaxtda  paralel  su-
rətdə  işlənib  hazırlanmalıydı.  Lakin  görünür,  elm 
haqqında qanunun olmamasından irəli gəlir ki, elmi 
fəaliyyət və elmi dərəcələrlə bağlı bir sıra məsələlər 
təhsil  haqqında  qanuna  daxil  edilmişdir.  Və  təəssüf 
ki, elmi yaradıcılıq mərhələləri təhsilin pillələri kimi 
təqdim edilmişdir. Qanun layihəsində maddə 22-də 
ali  təhsilin  tsiklləri  (əslində  pillələri  yazılmalıdır, 
çünki  tsikl    tamamilə  başqa  mənalı  bir  sözdür)  sı-
rasında doktorantura da göstərilir, həm də sonradan 
(maddə  23)  məlum  olur  ki,  bu  doktorantura  sözü 
elmi  yaradıcılığın  bir  yox,  iki  pilləsini  əhatə  edir. 
Yəni  PhD  (əvvəlki  qaydada  –  elmlər  namizədi
dərəcəsini almış alim, sən demə, hələ tam ali təhsilli 
deyilmiş.  Bunun  üçün  o,  ali  təhsilin  növbəti  pillə-
sində də oxumalı və elmlər doktoru adını qazanmalı 
imiş. Maddə 23.4-də qeyd olunduğuna görə, dokto-
ranturanın ikinci pilləsinə fəlsəfə doktorları… qəbul 
olunurlar. Bu isə tam bir absurddur. İnsan hansı isə 
bir  təhsil  pilləsində  oxumaqla  alim  ola  bilməz. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin