Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə136/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   132   133   134   135   136   137   138   139   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 158 -
magistratura  ali  məktəblərin  monopoliyasında  qal-
mamalıdır.    
Lakin bununla  yanaşı olaraq öz elmi kadr po-
tensialına görə bir sıra sahələrdə akademiyadan geri 
qalmayan universitetlərdə də elmin inkişafına şərait 
yaradılmalıdır.  Bu  müxtəlif  qurumların  paralel  təd-
qiqat  aparması  və  bir-birini  təkrar  etməməsi  üçün 
akademiya sistemində olan elmi-tədqiqat institutları 
ilə  universitetlərin  nəzdindəki  elmi-tədqiqat  mər-
kəzləri  və  kafedralar  arasında  sıx  koordinasiya  ol-
malıdır.  Respublikamız  o  qədər  böyük  iqtisadi  po-
tensiala  malik  deyil  ki,  müəyyən  bir  elm  sahəsində 
olan  konkret  elmi-tədqiqat  mərkəzlərini  müasir 
laboratoriyalarla  təmin  edə  bilsin.  Ona  görə  də 
mərkəzləşdirilmiş  elmi  idarəçilik  prinsipi  zamanın 
tələbidir.  Lakin  bu  prinsip  hansı  hallarda  birləşmə 
şəklində,  hansı  hallarda  əlaqələndirmə  və  birgə 
fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun-
lar  konkret  yanaşma  tələb  edir.  Məhz  buna  görə  də 
mən  əvvəlcə  Elmlər  Akademiyasının  müstəqil  bir 
qurum  kimi  fəaliyyətinin,  eyni  zamanda  universitet 
elminin  müstəqil  bir  proses  kimi  fəaliyyətinin  qa-
nunda  təsbit  edilməsindən  deyil,  əlaqələndirilmiş 
vahid  bir  mexanizmin  hüquqi  əsaslarının  hazırlan-
masından çıxış edirəm.  
–  Səlahəddin  müəllim,  «Təhsil  haqqında» 
qanun  layihəsi  Milli  Məclisdə  müzakirə  olunarkən 
bir  sıra  məsələlər  ətrafında  fikir  ayrılıqları  yaran-


Elm və təhsil 
 
 
- 159 -
mışdı. Sonradan layihə ümumxalq müzakirəsinə ve-
rildi və yenə də  müxtəlif təkliflər irəli sürüldü.  Mü-
bahisəli  məsələlərdən  biri  də  ölkəmizin  təhsil  siste-
mində aspiranturanın saxlanılıb-saxlanılmamasıdır. 
Aspiranturanın  tərəfdarları  da,  əleyhdarları  da  öz-
lərinin  haqlı  olduqlarını  sübut  etmək  üçün  tutarlı 
dəlillər  gətirir  və  buna  əsaslandırırlar.  Sizcə,  aspi-
ranturaya ehtiyac varmı? 
– Mən bu məsələyə münasibətimi qanun layi-
həsi  müzakirə  olunarkən  mətbuatda  bildirmişəm. 
Lakin  mübahisə  edən  hər  iki  tərəfin  arqumentlərini 
nəzərə  alaraq  bir  daha  nəzərə  çatdırmaq  istəyirəm 
ki,  bu  mübahisələr  yalnız  hansı  sözdən  istifadə  et-
mək  haqqındadır.  Əslində  isə  hər  iki  tərəf  eyni  bir 
ideyanı müdafiə edir. Belə ki, magistraturadan sonra 
elmi  dərəcə  almaq  üçün  daha  yüksək  təhsil  pilləsi-
nin vacibliyini demək olar ki, hamı etiraf edir, hətta 
bu  pillənin  müddəti  məsələsində  də  fikir  ayrılığı 
yoxdur. Sovet dövründəki üçillik aspirantura mərhə-
ləsi  elmi  dərəcə  almaq  üçün,  həm  də  dissertasiya 
işindən başqa, müvafiq elmi metodologiyaların, fəl-
səfi əsasların, bunların tədrisi ilə bağlı metodiki as-
pektlərin, habelə xarici dilin daha mükəmməl səviy-
yədə  öyrənilməsi  üçün  həqiqətən  lazımdır.  Təkrar 
edirəm ki, bunun üçün üç il kifayətdir, həmin sahə-
lərdə  namizədlik  minimumları  da  bu  müddətə  veri-
lir.  Lakin  tədqiqatçı  namizədlik  minimumu  verdik-
dən və elmin müəyyən bir sahəsində dissertasiya işi 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin