Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə133/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   129   130   131   132   133   134   135   136   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 152 -
professorların  sayı  eyniləşirdi  və  hətta  bəzən  pro-
fessorlar daha çox olurdu.  
Qərb  ölkələrində  elm  adamları  bir  qayda  ola-
raq, universitetlərdə çalışdığından elmi dərəcəyə qo-
yulan  tələblər  də  çox  vaxt  professor  rütbəsinə  qo-
yulan  tələblərə  daxil  edilir.  Belə  ki,  xüsusi  elmi 
nailiyyətləri  olmayan  adamlar  professor  vəzifəsinə 
seçilə bilməzlər.  
Keçmiş  sovet  sistemində  isə,  elmi-tədqiqat 
institutlarının böyük bir qismi universitetdən kənar-
da  müstəqil  surətdə  (akademiya  sistemi  çərçivəsin-
də) fəaliyyət göstərdiyindən "professor" rütbəsindən 
fərqli olan  yüksək elmi dərəcə müəyyən edilməsinə 
böyük zərurət var idi. Akademiya sistemi daxilində 
təhsillə bağlı fəaliyyət ancaq aspiranturada dərs  de-
mək  və  elmi  rəhbər  olmaq  formasında  həyata 
keçirilirdi.  Professor  adı  da  bu  sahədəki  fəaliyyətə 
görə  verilirdi.  Aspirant  yetişdirməklə  az  məşğul 
olan, lakin, böyük elmi nailiyyətləri olan alimlər isə 
heç  vaxt  professor  adı  almırdı.  Və  bu  qəbahət  sa-
yılmırdı.  Çünki,  "elmlər  doktoru"  ilə  professor  ara-
sında səviyyə fərqi yox idi. Bir daha təkrar edirik ki, 
bu ancaq sovet sistemində idi. Xarici ölkələrin əksə-
riyyətində  isə,  doktorluq  və  professorluq  arasında 
səviyyə  fərqi  də  vardır.  Həm  də  bu  fərq  kifayət 
qədər  böyükdür.  Doktorlar  çoxdur,  professorlar  isə 
azdır.   


Elm və təhsil 
 
 
- 153 -
Beləliklə, Qərb ölkələrində və sovet sistemin-
də elmi dərəcə və adlara qoyulan tələblər arasındakı 
fərq  əslində  bütövlükdə  elm  və  təhsilin  təşkilati 
strukturu  arasındakı  fərqdən  irəli  gəlir.  Yəni,  Qərb 
dünyasında  akademiya  sisteminə  daxil  olan  müstə-
qil  elmi-tədqiqat  institutlarının  olmaması  nəzərə 
alınmalıdır. Və biz elm və təhsili Qərb modelinə uy-
ğunlaşdırmaq  istəyiriksə,  birinci  növbədə  akademi-
yalar  və  universitetlər  arasındakı  nisbət  və  münasi-
bət  məsələsini  aydınlaşdırmalıyıq.  Bu  hal  müstəqil 
Azərbaycan  Respublikasının  vahid  elm-təhsil  kon-
sepsiyasının  yaradılması  zərurəti  haqqındakı  fikri-
mizi bir daha aktuallaşdırır. 
Ölkəmizdə elm və təhsil arasındakı münasibə-
tin spesifikasını nəzərə almadan, elmi adlar və elmi 
dərəcələr  məsələsində  Qərb  ölkələrini  təqlid  etmək 
cəhdi uğursuzluğa məhkumdur. Lakin, sovet elm və 
təhsil  modelinin  fərqliliyini  şərtləndirən  əsl  səbəb-
ləri  aydınlaşdırdıqdan  sonra  biz,  həmin  modeldən 
sözləri  və  zahiri  əlamətləri  deyil,  məzmun  və  ma-
hiyyət xüsusiyyətlərini götürməyə çalışmalıyıq.  



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin