Azərbaycanda elm və onun aktual problemləri
- 174 -
rik. Və buna görə də nə isə bir yenilik edirik. Amma
diqqətlə yanaşdıqda məlum olur ki, dəyişən yalnız
ad imiş. Əvvəllər “elmlər namizədi” adlanan dərəcə
indi Ph.D – “fəlsəfə doktoru” adlanacaqmış. “Elm-
lər doktoru” isə yenə elə öz yerində qalırmış. Onda
sual oluna bilər ki, heç nə dəyişməyibsə, bizi nara-
hat edən nədir? Bizi narahat edən odur ki, bu formal
dəyişiklik nəticəsində biz sadəcə olaraq bütün dün-
yada qəbul olunmuş dəyərlər sisteminə hörmətsizlik
nümayiş etdiririk. Belə ki, bütün dünyada (Rusiya
və biz istisna olmaqla) elmin tarixən formalaşmış və
hamı tərəfindən qəbul olunmuş meyarları vardır.
Əvvəllər öz elmi səviyyəsinə görə ən yüksək şəxslə-
rə magistr dərəcəsi verilmişdir. Və bu dərəcə sadəcə
təhsil pilləsi kimi deyil, elmi yaradıcılıq səviyyəsi-
nin təsbit olunması üçün verilmişdir. Bu, elmdə ən
yüksək ad olmuşdur. Maraq üçün qeyd edək ki, Ru-
siyada “namizəd” anlayışı məhz magistrliyə nami-
zəd olmağı göstərmişdir. Sovetlərin ilk illərində də
bu belə davam etmiş və yalnız “magistr” əvəzinə
“elmlər doktoru” termini işləndikdən sonra “magis-
trliyə namizəd” də “elmlər namizədi” olmuşdur. La-
kin Avropada magistrlər arasında da xüsusilə seçi-
lən, ən yüksək elmi nailiyyətlər əldə edən şəxsləri
fərqləndirmək üçün yeni, daha yüksək bir pillə dü-
şünülmüşdür. Hər bir elm sahəsinin zirvəsi həmin
elmin fəlsəfəsi olduğuna görə bu dərəcə “fəlsəfə
doktoru” adlandırılmışdır.
Elm və təhsil
- 175 -
Lakin biz nə etdik? Məhz fəlsəfəyə qarşı bir
hörmətsizlik nümayişi olaraq onu elmin aşağı pilləsi
adlandırdıq. Ən absurd məqamlardan biri də odur ki,
indi bizdə Ph.D dərəcəsi almış şəxslər elmin sonrakı,
sən demə, daha mötəbər bir səviyyəsinə qalxmaq
üçün təzədən təhsilini davam etdirməli və bunun
üçün doktorantura deyilən ali təhsil formasının ikin-
ci pilləsinə qəbul olunub oxumalıdırlar. Təhsil qa-
nununda təsbit olunmuş bu məsələlər bizdə elm ilə
təhsil arasındakı ciddi fərqlərin hələ də başa düşül-
mədiyini göstərir. Bir o çatmır ki, magistraturaya
qəbul “testləşdirildiyi” kimi, doktorantura və onun
ikinci pilləsi də “testləşdirilsin” və alim hazırlanma-
sının heç bir ölkədə misli görünməmiş yep-yeni tex-
nologiyaları işə salınsın.
Bunlar hələ sonranın işidir. “Qurudu əzərik,
ona da dözərik.” İndi isə bir daha «fəlsəfə doktoru»
əhvalatından danışmaq istərdik. Yeni adlandırma
sistemi ilə əlaqədar KİV-də maarifçilik işi aparıl-
madığından bu sahədə terminlər çox vaxt qarışıq
salınır. Bəzi jurnalistlər də televiziyada, mətbuatda
keçmiş elmlər namizədlərini indi guya yeni adla ça-
ğıraraq, onları «fəlsəfə elmləri doktoru» kimi təqdim
edirlər. Sən demə, ölkəmizdə hamı elə filosof imiş.
Ölkəmizdə elmi-tədqiqat işlərinin dəyərləndi-
rilməsi və alimlərin qradasiyası sahəsində dissertasi-
yadan başqa göstəricilər, ölçü vahidləri və meyarlar
demək olar ki, yox dərəcəsindədir. Bir elmlər dokto-
|