Azərbaycanda elm və onun aktual problemləri
- 180 -
təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərtlər
nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə
kimi spesifik əlamətlərlə fərqlənir? Bax, bu suallara
cavab tapmaq üçün bizcə, dünyada artıq 50 ildir ki,
bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas
prinsiplərini mənimsəmək lazımdır.
Son söz əvəzi
Bütün ölkə miqyasında elmi fəaliyyət qurum-
larının uçotu, mövcud durumun ölkəmizdə elmin in-
kişaf konsepsiyasına uyğunluq dərəcəsinin dəyər-
ləndirilməsi, elmi institutların yenidən bölüşdürül-
məsi və sistemləşdirilməsi bu sahədə qarşıda duran
əsas vəzifələrdəndir.
Nəzərə alınmalıdır ki, elmi tədqiqat işi bir
şeydir, onun idarə olunması, ölkənin ictimai-iqtisadi
həyatı ilə əlaqələndirilməsi, sosial tələbatın nəzərə
alınması, optimal maliyyə sisteminin tətbiqi və s. bu
kimi məsələlər tamamilə fərqli şeylərdir. Ona görə
də, bu sonuncuların elmi tədqiqat müəssisəsinin
özünə həvalə edilməsi tamamilə müxtəlif xarakterli
fəaliyyət sahələrini eyni mərkəzdən idarə etmək tə-
şəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin.
Bunu nəzərə alan ölkələr elmin idarə olunması üçün
ayrıca bürokratik qurumlar yaradırlar. Əksər ölkə-
lərdə Elm və Texnika Komitələri və ya Elm Nazir-
liyi, Elm və Təhsil Nazirliyi tipli qurumlar fəaliyyət
göstərir. Azərbaycan SSRİ tərkibində olanda elmi
fəaliyyətlərin, elm və texnikanın əlaqələndirilməsi,
|