- 107 -
yə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar
hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi
də vardır. Tarix, tarixşünaslıq («tarix elmi» – bəzən
sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni
sözlə ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiy-
yat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl-
səfəsi (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi
məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsə-
fəsi (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə-
nəvi tərbiyə, pedaqogika və etika geniş planda gö-
türdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha
inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bə-
zən də antropologiyadan bəhs olunur. Mənaları eyni
olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli
məzmunlar qruplaşdırılır.
Sovet dövründə insan özü də ilk növbədə so-
sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq
da cəmiyyətşünaslığın içərisində əridilmişdi. İnsan
fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb
dünyası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona
görədir ki, humanitar təfəkkür də, insan haqları
mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji
problemlər də daha çox Qərbdə öyrənilirdi. İnsanın
sosiallaşması hətta bədii ədəbiyyatda da öz əksini
tapmışdı. İndi kommunist ideologiyasından ayrıl-
dıqdan sonra, qarşımızda duran vəzifələrdən biri də
insanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə it-