- 95 -
Hər dəfə daha yüksək elm tutumlu olan
müasir texnika icad olunduqdan sonra, istifadədən
çıxarılan əvvəlki texnika “mənəvi cəhətdən köhnəl-
miş” (yəni özü təzə olsa da, əsasında dayanan ideya
köhnəlibdir) sayılır və onlar nisbətən aşağı səviyyəli
ölkələrə ixrac olunur.
Bu iyerarxiya – ölkələrin texnoloji qradasiyası
və çoxpilləli düzülüşü hərbi texnika timsalında özü-
nü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki po-
tensial daha çox dərəcədə hərbi-sənaye kompleksinə
deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə cə-
miyyətin tərəqqisinə xidmət etməlidir. İşdə isə məhz
hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sa-
həsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də iqti-
sadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin
(məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi
texnikanın daim təkmilləşdirilməsini tələb etdiyindən,
“mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın sa-
tılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də
qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin
mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və
münaqişə şəraitinin saxlanmasını tələb edir.
XX əsrin son rübündə kompüterləşmənin sü-
rətli inkişafı və onun iqtisadiyyatın, ictimai həyatın
bütün sahələrinə nüfuz etməsi, xüsusən internet
şəbəkəsinin geniş yayılması qloballaşma üçün tex-
noloji bazis hazırlamışdır. Bu sahədə üstün texniki
inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixti-