- 92 -
odur ki, həmin ölkədəki qanunlara, hüquq norma-
larına əməl olunsun.
Müasir dövrdə dünyada hadisələrin inkişafı
vahid iqtisadi münasibətlər sisteminin, ortaq ümum-
dünya bazarının yaradılması istiqamətində gedir.
Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə
istinad edərək, özlərinin daxil olduqları ümumi iq-
tisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını
nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay
açmır və bu da təbiidir. Nə qədər ümumbəşəri mə-
nafedən, vahid sosial ideallardan söhbət getsə də,
hələ milli dövlət mənafeləri saxlanılır və yalnız eyni
tərtibli ölkələrin inteqrasiyasından söhbət gedə bi-
lər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə hə-
min ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini
keçmək, onların çıxdığı sınaqlardan çıxmaq lazım-
dır.
İstəsək də, istəməsək də müasir sivilizasiyaya
qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keç-
diyi yolu biz də keçməli olacağıq. Lakin bizim əli-
mizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və
biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açan-
ların bütün səhvlərini təkrar etmərik. Bunun üçün,
əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın
inkişaf meyllərini də gözəl bilmək tələb olunur.
Belə çətin bir zamanda həm dünya iqtisadiyyatına
inteqrasiya olunmaq, həm də milli-mənəvi dəyərləri
qoruyub saxlamaq üçün düzgün inkişaf strategiyası