- 89 -
etdirə bilmir. Deməli, bizim indi üzləşdiyimiz prob-
lemi Türkiyəli qardaşlarımız da hələ indiyədək həll
edə bilməyiblər. Lakin onlar bu qarşıdurmadan xilas
olmaq üçün çox vaxt fərqli bir yol seçirlər. «Fəlsə-
fəyə giriş», «Fəlsəfənin əsasları» tipli dərsliklərə
fəlsəfə tarixi xüsusi bölmə kimi daxil edilmir. An-
caq ayrı-ayrı fəlsəfi problemlər öyrədilir ki, fəlsəfə
tarixinə və klassiklərinə də bu problemlərin izahı
kontekstində müraciət edilir. Başqa sözlə desək, fəl-
səfə tarixi fəlsəfi məzmun içərisində əridilmiş olur.
Lakin əsas məsələ də məhz bu məzmunun necə
seçilməsi, onun daxilində kimlərin əridilməsidir.
Beləliklə, cəmiyyətşünas alimlərin bir vəzifəsi
ölkəmizdə gerçək ictimai prosesləri tədqiq etmək,
ictimai-siyasi və iqtisadi sahələrdə əldə olunmuş
uğurların ümumiləşmiş elmi mənzərəsini yaratmaq,
dünyada artıq Azərbaycan modeli kimi tanınan iqti-
sadi yenidənqurmanın mahiyyətini açmaqdan iba-
rətdirsə, digər vəzifə milli mədəni-mənəvi dəyər-
lərin elmi-fəlsəfi meyarlarını işləyib-hazırlamaq,
milli fəlsəfi fikri yeni dövrün tələblərinə uyğun su-
rətdə inkişaf etdirməkdir. Və bu işdə alimlərimizlə
yanaşı, geniş ziyalı ictimaiyyətinin, xüsusilə öz gü-
ndəlik işində ictimai şüurun formalaşmasına təsir
göstərə bilən insanların, təhsil işçilərinin, kütləvi
informasiya vasitələrinin üzərinə böyük məsuliyyət
düşür.