- 94 -
həyə daxil olur, o ancaq itirə bilər. Yeganə işıqlan-
dırıcı vasitə isə elmdir. Müasir dövrdə baş verən
dünya iqtisadi böhranının da elmi təhlil süzgəcindən
keçirilməsi vacibdir. Düzdür, biz bu böhrandan ən
az zərər çəkən ölkələr sırasındayıq, amma proseslər
hələ davam edir və biz hər şeyə hazır olmalıyıq.
Vahid dünya bazarının olması, açıq iqtisadi si-
yasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün
əlverişli görünsə də, əslində inkişaf etmiş ölkələrin
də buna böyük ehtiyacı vardır. Daha doğrusu, icti-
mai, elmi-texniki inkişaf prosesinin özü bunu tələb
edir. Belə ki, külli miqdarda investisiya hesabına ar-
tıq kütləvi istehsalda qərarlaşmış texniki və texno-
loji sistemlərin tez-tez dəyişdirilməsi sahibkarlara
böyük ziyan verə bildiyindən, kapital dünyası inten-
siv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez
modernləşdirilməsinin əleyhinə çıxa bilərdi. Cari
mənafe ilə perspektiv texniki tərəqqi arasındakı
ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə
bilərdi. Lakin geri qalmış ölkələrin “qapılarının açıq
olması” nisbətən köhnəlmiş texnikanı həmin bazar-
larda xırıd etməyə və öz ölkələrində ən müasir tex-
noloji sistemləri tətbiq etməyə imkan yaradır.
Buna görə də, inkişaf etmiş ölkə heç vaxt bü-
tün ölkələrin texniki inkişaf səviyyələrinin bərabər-
ləşməsini istəməz. Ən qabaqcıl ölkələrin özlərindən
bir az geri qalan ölkələrə, onların da öz növbəsində
daha çox geri qalan ölkələrə ehtiyacı vardır.