Dissertasiyanin təRTİBİ



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix02.01.2022
ölçüsü386,36 Kb.
#46241
  1   2   3   4   5   6   7   8   9   ...   20
Dissertasiyanın tərtib qaydası1



 

 



Azərbaycan Respublikasının Prezidenti 

yanında Ali Attestasiya Komissiyası 

Rəyasət Heyətinin 29 oktyabr 2019-cu  il 

tarixli qərarı ilə təsdiq edilmişdir. 



 

 

DİSSERTASİYANIN TƏRTİBİ  

Q A Y D A S I 

 

1.  Ümumi müddəalar 

1.1.  “Dissertasiyanın  tərtibi  Qaydası”  (bundan  sonra  -  Qayda)  Azərbaycan 

Respublikası  Prezidentinin  2019-cu  il  11  iyun  tarixli  728  nömrəli  Fərmanı  ilə 

təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü 

bəndinə uyğun hazırlanmışdır.   

1.2.  Dissertasiyanın mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 

mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, 

rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 

şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.  

1.3.  Dissertasiyanın struktur bölmələrinin adları böyük hərflərlə, tünd qara rənglə 

yazılır. 

1.4.  Dissertasiyada şəkillər, cədvəllər, qrafiklər rəngli, A3 (297 mm x 420 mm) 

formatında verilə bilər və hər bir A3 formatlı səhifə

 

bir səhifə kimi qəbul edilir. 



1.5.  Dissertasiyanın titul səhifəsi nömrələnmir, növbəti səhifəsi “2” rəqəmindən 

başlayaraq,  digər bütün səhifələri (dissertasiyanın struktur  bölmələri, o cümlədən 

istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir. 

1.6.  Dissertasiya səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş 

sahənin sağında yazılır. 

1.7.  Dissertasiya  çoxcildli  olduqda  hər  bir  cildin  ayrıca  titul  səhifəsi  olmalı  və 

digər səhifələri bu Qaydanın 1.5-ci bəndinin tələblərinə uyğun nömrələnməlidir. 

 



 

 



1.8.  Fəlsəfə doktoru  dissertasiyası A4 formatında, həcmi iki yüz  – iki yüz qırx 

min  işarə  (şəkillər,  cədvəllər,  qrafiklər,  əlavələr  və  ədəbiyyat  siyahısı  istisna 

edilməklə),  elmlər  doktoru  dissertasiyası  A4  formatında,  həcmi  dörd  yüz  –  dörd 

yüz  qırx  min  işarə  (şəkillər,  cədvəllər,  qrafiklər,  əlavələr  və  ədəbiyyat  siyahısı 

istisna  edilməklə)  olmalıdır.  Humanitar  elmlər  üzrə  dissertasiyanın  həcmi  iyirmi 

faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər. 

1.9.  Dissertasiyanın bir səhifəsində yazılan işarələrin  sayını kompüter vasitəsilə 

dəqiq  müəyyən  etmək  mümkün  olmadıqda,  bir  səhifədə  yazılan  mətn  iki  min 

işarəyə bərabər tutulur. 

1.10.  Dissertasiyada istifadə edilən iqtibaslar (sitatlar)  dırnaq işarəsindən istifadə 

edilməklə kursivlə verilir. 

1.11.  Dissertasiyanın  yazılışı  zamanı  iddiaçı  istifadə  etdiyi  materialların 

mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir.  Mətndəki istinaddan sonra 

kvadrat mötərizədə  əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər 

üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, 

s.162; s.23], və s. 

1.12.  Dissertasiyanın  mətnində  iddiaçı  tərəfindən  alınmış  hər  bir  nəticənin  onun 

hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur. 

1.13.  Dissertasiyanın  mətni  80  qr/m

2

  A4  (210  mm  x  297  mm)  formatında  ağ 



kağızın bir üzündə çap edilir. 

1.14.  Dissertasiyanın mətnindəki bütün məlumatlar aydın görünməlidir. 

1.15.  Dissertasiya işi tikilir və qalın üz qabığında təqdim edilir. 

 


Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin