2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və nömrələnmir.
6
2.7.2.
Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.
2.7.3. Əlavələr müstəqil cild şəklində də verilə bilər. Əlavələr müstəqil cild
olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir.
2.7.4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.
2.7.5. Dissertasiyanın mətnində bütün əlavələrə istinad edilməlidir.
2.8. Şəkillər
2.8.1. Şəkillər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti
səhifədə və ya əlavələrdə verilə bilər.
2.8.2. Şəkillər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat
əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.8.3. Dissertasiyada şəkillər ardıcıl nömrələnir.
2.8.4. Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı
yazılır.
2.8.5. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və
şəklin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və
altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin,
paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.3 – yəni,
birinci fəslin ikinci paraqrafının üçüncü şəkli.
2.8.6. Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır.
2.8.7. Dissertasiyada kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və
orijinal fotolardan istifadə etmək olar.
2.8.8. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
2.8.9. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun
olmalıdır.
2.8.10. Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.
2.9. Cədvəllər
2.9.1. Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti
səhifədə və ya əlavələrdə verilə bilər.
7
2.9.2. Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat
əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.
2.9.3. Dissertasiyada cədvəllər ardıcıl nömrələnir.
2.9.4. Dissertasiyada bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və
cədvəlin adı yazılır.
2.9.5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır.
“Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd
qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə
ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir.
Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.
2.9.6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi
və adı cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan
hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Dissertasiyada bir neçə
cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd
edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.
2.9.7. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə
səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.
2.9.8. Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.
Dostları ilə paylaş: