2.3. Giriş
2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.3.2. Dissertasiyanın girişində aşağıda qeyd olunan yarımbaşlıqlar tünd qara
rənglə yazılmalı və abzasdan başlanmalıdır:
- Mövzunun aktuallığı və işlənmə dərəcəsi;
- Tədqiqatın obyekti və predmeti;
- Tədqiqatın məqsəd və vəzifələri;
- Tədqiqat metodları;
- Müdafiəyə çıxarılan əsas müddəalar;
- Tədqiqatın elmi yeniliyi;
- Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti;
- Aprobasiyası və tətbiqi;
- Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı;
- Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla
dissertasiyanın işarə ilə ümumi həcmi.
|