sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan
30. Ə
mə
liyyat sistemi anlayış
ı. Ə
mə
liyyat sistemlə
rinin tə
snifatı.
Ə
məliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların
işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini,
həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram
vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti-
mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa
düşülür.
Ə
məliyyat sistemləri - informasiya emalının idarə olunmasını və aparat
vasitələri ilə istifadəninin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-in əsas
funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin
avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə
edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun
yerinə yetirilməsinə nəzarət edir.
Ə
S kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi
arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına
görə interfeysin aşağıdakı növləri var:
• Proqram interfeysi - hesablama sistemi çərçivəsində qurğu və
proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.
• Istifadəni interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün
proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrli və