Faylların atributlarla idarəsi. Faylların xüsusiyyətlərini təyin edən əlavə
parametrlər atribut adlanır. Əməliyyat sistemi fayllarla əməliyyatları avtomatik
həyata keçirərkən atributlar nəzərə alınır. Faylların aşağıdakı atributları
mövcuddur.
R (Read-only) - "yalnız oxunan". Bu faylları sistem vasitələri ilə yeniləşdirmək
və ya silmək mümkün deyil.
H (Hidden) - "gizli fayl".
S (System) - "sistem fayl". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur
və onları dəyişdirmək mümkün deyil.
A (Archive) - "arxivləşdirilmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında
təyin olunur
Dostları ilə paylaş: |