Faylların yaradılması və onların adlandırılması. İnformasiya disklərdə fayl
şə
klində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında
adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video
film və s. ola bilər.
Disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının
adından istifadə olunur. Disk aparıcıları A:, B:, C:, D: və s. kimi adlandırılır.
Ə
slində A:, B:, C:, D: disk aparıcılarının yox, məntiqi disklərin adıdır. Sərt diski
(vinçestr) 2 və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.
Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları
istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, ƏS-in əmrlər faylı və s.
ola bilər. Mətn faylları ASCİİ simvollarından ibarət olduğundan, çox vaxt bu
fayllara ASCİİ faylları da deyilir.
Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı
yükləyən fayl mövcuddur ki, bu fayl icra olunan fayl adlanır. Icra olunan faylın
genişlənməsi .COM və ya .EXE olur. Ümumiyyətlə, bir çox proqramlar faylın
genişlənməsini özü təyin edir ki, bununla faylın hansı proqram tərəfindən
yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə
faylın tipini göstərir və onlardan bir çoxu standartdır. Məsələn:
- .COM, .EXE – yerinə yetirilməyə hazır olan, yəni icra olunan fayllar;
- .BAT-əmrlər (Batch) faylı;
- .TXT –mətn faylı;
- .MDB - Access VBIS-nin faylı;
- .XLS - Excel elektron cədvəl faylı;
- .DOC - Microsoft Word mətn redaktoru faylı;
- .PAS -Pascal dilinin proqram faylı;
- .C- C dilinin proqram faylı;
- .ASM - Assembler dilinin proqram faylı;
- .BAK- faylın dəyişiklikdən əvvəlki sürəti;
- .ARJ və . ZIP- sıxlaşdırılmış fayllar.
Dostları ilə paylaş: |