Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə50/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   46   47   48   49   50   51   52   53   ...   75
informatika cavab01az

 

 


33. Windows əməliyyat sistemi, əsas elementləri. 

 

Windows ailəsinin əməliyyat sistemləri Microsoft firması tərəfindən 

hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat 

sistemidir. Bu ailənin hələlik sonuncu versiyası Windows Vista -dır 

Bu ailənin ilk versiyalarından olan Windows 95/98 qismən 16 və 32-mərtəbəli 

ə

məliyyat sistemidir. 



Windows NT (Windows New Technology) əməliyyat sistemi çox geniş 

yayılmış 32-mərtəbəli şəbəkə ƏS-dir. Windows NT - nin iki modifikasiyası 

mövcuddur: Windows NT Server və Windows NT Work Station. Windows NT 

Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT 

Server informasiyanın sürətli axtarışının təşkili və istənilən əlaqə vasitəsindən 

istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd 

etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasının 

və bir neçə serverin şəbəkə xidmətinə ümumi müraciətin təşkili üçün istifadə 

edilməsinə imkan verir. 

Windows "NT Work Station - Windows NT - nin versiyasıdır və lokal 

kompüterlərdə və işçi stansiyalarda işləmək üçün nəzərdə tutulub. Bu sistem 

tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır. 

Windows NT – dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir. Amma MS 

DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT-də 

işləmir. 

Windows NT Work Station-dən mühəndis, elmi, statistik məsələləri yerinə 

yetirilməsində böyük həcmli verilənlərin təhlilinin məhsuldarlığını yüksəltmək 

məqsədilə istifadə olunur. 

Windows 2000 əməliyyat sistemləri ailəsi Windows NT texnologiyası əsasında 

yaradılıb və özündə olan çoxlu sayda təkmilləşdirmələrə və əlavələrə görə 

fərqlənir. Windows 2000 çoxməqsədli əməliyyat sistemi olmaqla birsəviyyəli və 

kliyent-serverli şəbəkəni dəstəkləyir. 

Windows 2000 ailəsi dörd proqram məhsulundan təşkil olunub. 

Microsoft Windows 2000 Professional - stolüstü kompüterlər üçün nəzərdə 

tutulan baza ƏS olmaqla biznesdə tətbiq olunur. Bu əməliyyat sisteminin bir neçə 

sadələşdirilmiş istifadəçi interfeysi mövcuddur. Əməliyyat sistemində Windows 98 

və Windows NT Workstation əməliyyat sistemlərinin ən yaxşı keyfiyyətlərini 

özündə birləşdirir. Bu əməliyyat sistemi 2 prosessoru dəstəkləyir. 

Microsoft Windows 2000 Server - dörd prosessor və əməli yaddaşın həcmi 4 

Qb kimi nəzərdə tutulan çoxməsələli şəbəkə ƏS-dir. ƏS-in tərkibinə daxil olan, 

çoxsaylı Internet və Web xidmətləri mürəkkəb Web-tətbiqi proqramlar yaratmağa 

imkan verir. Həmçinin buraya işçi qruplara səmərəli xidmət və server fayllardan, 

çapdan, Web-serverlərdən və kommunikasiya serverlərlərindən birlikdə istifadə 

üçün funksiyalar daxildir. 

Microsoft Windows 2000 Advanced Server – səkkiz prosessora kimi işləyə 

bilən və ikitərəfli klasterizasiyaya malik server ƏS-dir. Bu ƏS klasterli sistemlər 

yaratmağa və böyük verilənlər bazasının quraşdırılmasının effektiv həllinə imkan 

verir. Ümumiyyətlə bu ƏS Web və biznes tətbiqi proqramları üçün nəzərdə 




tutulub. Intel Physical Address Extensions (PAEs) texnologiyasını nəzərə almaqla 

işlənmiş aparat vasitəsi fiziki yaddaş ölçüsündən çoxa ünvanlanmağa imkan verir. 

Microsoft Windows 2000 DataCenter Server – yüksək etibarlılıq tələblərinə 

cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan və 16-dan 32 prosessora kimi 

nəzərdə tutulan ƏS-dir. Bu yeni və olduqca güclü funksional imkanları olan server 

Ə

S-dir. Bu əməliyyat sistemi böyük müəssisələr üçün nəzərdə tutulub. 



2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP (Windows eXPerience ) 

adlandırıldı. Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP 

Professional və Windows XP Home versiyaları mövcuddur. 

Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat sisteminin özündə CD-R və 

CD-RW disklərində yazmağı dəstəkləməsidir. 

2003-cü ilin yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun 

da aşağıdakı dörd versiyası mövcuddur. 

Windows Server 2003 Standart Edition - kiçik biznes müəssisələri və təşkilatın 

ayrı-ayrı bölmələri üçün nəzərdə tutulan şəbəkə əməliyyat sistemidir və aşağıdakı 

xassələrə malikdir: 

•  fayl və printerlərdən birlikdə istifadəni dəstəkləyir. 

•  İnternetə təhlükəsiz qoşulmanı təmin edir. 

Windows Server 2003 Enterprise Edition – istənilən həcmli müəssisənin tələblərini 

ödəyən əməliyyat sistemidir. ƏS aşağıdakı xassələrə malikdir: 

•  səkkiz prosessoru dəstəkləyən tam server əməliyyat sistemidir; 

•  32 Qb yaddaşı dəstəkləyir; 

•  Intel Itanium prosessorunun bazasında kompüterlər üçündür; 

•  8  prosessor  və  64  Qb  əməli  yaddaşı  dəstəkləyən  64  mərtəbəli  hesablama 

platforması üçün də mümkündür. 

Windows Server 2003 Datacenter Edition - biznes tətbiqi proqramları üçün 

nəzərdə tutulub və aşağıdakı xassələrə malikdir: 

•  32-axınlı SMP multiprosessorlu emalı və 64 Qb əməli yaddaşı dəstəkləyir. 

•  32  prosessor  və  128  Qb  əməli  yaddaşı  dəstəkləyən  64  mərtəbəli  hesablama 

platforması üçün də mümkündür. 

Windows Server 2003 Web Edition - bu Windows əməliyyat sisteminin yeni 

məhsulu olmaqla, veb-server istifadəsi üçün nəzərdə tutulub. Bu ƏS aşağıdakı 

xassələrə malikdir: 

•  veb-tətbiqi proqramları, veb-səhifələr və XML veb-xidmətlərinin işlənməsinə imkan 

verir; 

•  .NET  Framework  əsas  hissəsi  olan  ASP.NET  texnologiyasından  istifadə  edən 

platformanı dəstəkləyir. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin