Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə47/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   43   44   45   46   47   48   49   50   ...   75
informatika cavab01az

FAT32 fayl sistemi. FAT32 fayl sisteminin əsas üstünlüyü FAT16-ya nisbətən 

böyük həcmli məntiqi diskləri dəstəkləməsidir. FAT32 2047 Qb-a qədər ölçülü 

məntiqi diskləri dəstəkləyir. 

Mövcud proqramlarla, şəbəkələrlə və qurğuların drayverləri ilə uyuşanlığı 

üçün FAT32 fayl sistemi FAT 16 fayl sisteminin arxitekturasından çox az 

fərqlənir. 



NTFS fayl sistemi. Bu fayl sistemi FAT-la müqayisədə yüksək sürətli 

xarakteristikası, etibarlığı və uyuşanlığı ilə fərqlənir. NTFS – də verilənlərin 

strukturu Active Directory xidmətinin reallaşmasına imkan verir. NTFS - ə 

həmçinin korporotiv fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün 

mühafizə funksiyaları daxil edilib. 

Məntiqi diskin NTFS - üçün formatlaşdırılmasında faylların baş cədvəlini 



(MFT - Master File Table) 

özündə saxlayan fayl yaradılır. Cədvəldəki hər bir yazı 

ölçüsü 1 Kbayt olan bir faylı təsvir edir. MFT-də fayllar haqqında  saxlanılan  

informasiya əməliyyat  sisteminin  məhsuldarlığının artırılmasını  təmin  edir.  

NTFS-in tomu  (məntiqi  diski)  haqqında əsas informasiya tomun yükləyici 

sektorunda (Partition Boot Sector) saxlanılır.  

      NTFS-in FAT-la müqayisədə əsas üstünlükləri aşağıdakılardır: 

•  verilənlərin mühafizəsinin müasir texnologiyasından istifadə imkanı; 

•  fayl və qovluqların sifrələnməsi, sıxılması və bərpası imkanı; 

•  tranzaksiya  texnologiyasının  tətbiqi ilə  fayl  sisteminin  yüksək  etibarlılığı. 

Bu texnologiyaya əsasən jurnalda disklərlə iş avtomatik olaraq fayl və qovluqların 

tərkibindəki bütün dəyişikliklər qeyd olunur ki, bu da sistemin nasazlığı və ya qida 

mənbəyindən açılmasında sona çatmayan əməliyyatların təkrarına və ya imtinasına 

imkan verir; 

•  nasaz  sektorların  meydana  çıxmasında  klasterlərin  əvəz  olunmasının 

(cluster remapping) təmin edilməsi. Klasterdən təkrar istifadə etməmək üçün onun 

ünvanı yadda saxlanılmır; 

•  böyük  ölçülü  fayl  və  bölmələr  dəstəklənir.  Nəzəri  olaraq  fayl  və  ya 

bölmənin  ölçüsü  16  Eksabayta  kimi  ola  bilər.  NTFS  bölməsinin  ölçüsü  50 

Mbaytdan az olmamalıdır; 

•  fayl, qovluq və disklərin avtomatik sıxılmasını və açılmasını dəstəkləyir; 

•  diskin  bölməsində  faylın  maksimal  imkanla  kəsilməz  yazılması 

texnologiyası hesabına faylların fraqmentasiyası azalır; 

•  hər bir istifadəçi ayrıca zibil səbəti (Resusle Bin) ilə təmin olunur. 

Faylların yerləşməsi haqqındakı verilənlər cədvəl şəklində yadda saxlanılmasına 

baxmayaraq, istifadəçi üçün iyerarxik struktur şəklində təsvir olunur. Fayl 

strukturuna xidmət funksiyaları əməliyyat sisteminin idarəsi altında baş verir ki, 

bunlar aşağıdakılardır: 

•  faylların yaradılması və onların adlandırılması; 

•  kataloqların yaradılması və onların adlandırılması; 

•  fayl və kataloqların adlarının dəyişdirilməsi; 



•  fayl və kataloqların kopyalanması və yer dəyişmələri; 

•  fayl və kataloqların silinməsi; 

•  faylların atributlarla idarəsi. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin