Print Preview (Предварительный просмотр)
Printerin xüsusiyyətlərini (parametrlərini) nəzərə almaqla çapdan əvvəl sənədə
baxışın keçirilməsi. Bir və ya bir neçə səhifəni böyüdülmüş və ya kiçildilmiş
vəziyyətdə nəzərdən keçirmək, sənədi redaktə etmək və ya formatlaşdırmaq olar.
Spelling and Grammer (Правописание)
Orfoqrafiyanın və qrammatikanın yoxlanılması. Sözlərin, mətn hissələrinin və ya
bütün sənədin yazılışının düzgünlüyünü yoxlayır.
Cut (Вырезать)
Qeyd edilmiş fraqmentin yerdəyişməsi. Bu komanda qeyd edilmiş fraqmenti aktiv
sənəddən götürüb müvəqqəti saxlama yaddaşında (CLIPBOARD) yerləşdirir. Bu
halda o, əvvəlki yerində qalmır.
Copy (Копировать)
Qeyd edilmiş fraqmentin surətinin çıxarılması. Bu komanda qeyd edilmiş
fraqmentin aktiv sənəddən surətini çıxarıb müvəqqəti saxlama yaddaşında
yerləşdirir. Bu halda o, əvvəlki yerində də qalır.
Dostları ilə paylaş: |