Bu zaman gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin
əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan
məbləğə bərabərdir:
- fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən
aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda – bu tipli ssudalar
üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun
faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun
ödənməli olan məbləğ arasındakı fərq;
- işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi,
yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və
xidmətlərin bazar qiyməti ilə dəyəri;
- işçinin xərclərini əvəzi ödənildiyi halda – ödənən vəsaitin
məbləği;
- işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin
bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyinin məbləği;
Bu növ gəlirə işçinin ödənilməmiş kredit məbləğlərinin və ya
qaytarılmalı ssudasının, kreditlər və ya ssudalar üzrə faiz məbləğlərinin,
işçinin maddi xarakterli borclarının silinməsi və s. aid ola bilər.
- işə götürən tərəfindən ödənilən sığorta haqları;
- hər hansı digər halda – normativ aktlarda başqa qiymətləndirmə
metodu göstərilmirsə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi “Malın (işin, xidmətin) bazar
qiymətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq
müəyyən edilən dəyər.
Müəyyən olunmuş normalar daxilində ezamiyyə xərclərinin və ya
digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin, habelı
işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin
nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.
Dostları ilə paylaş: