Məhsul
satışından, işlərin görülməsindən və xidmətlərin
göstərilməsindən əldə olunan gəlirlər belə gəlirlərə daxildir.
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin
bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
- əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən
məbləğlər;
Belə gəlirlərə əsas vəsaitlərin, o cümlədən binaların, tikililərin,
qurğuların, maşınların, avadanlıqların, hesablama texnikasının və
sahibkarlıq fəaliyyətində istifadə olunan digər əsas vəsaitlərin, həmçinin
amortizasiya olunmayan aktivlərin satışı zamanı dəyərlərin artmasından
gəlirlər daxil edilir.
- gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya
ehtiyatların azalmasından gəlir.
Kompensasiya olunan çıxılmalara sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxsin əvvəllər gəlirindən çıxılmış xərclərinin, zərərlərinin və
şübhəli borclarının sonradan ödənilməsi aiddir. Bu məbləğlər, onların
alındığı vergi ilində sahibkarın gəlirləri hesab edilir.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aşağıdakılar daxildir:
- faiz gəliri;
- dividend;
Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud
səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və
ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində
əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini
dəyişdirməyən
səhmlərin
bölüşdürülməsi, səhmlərin (hissələrin,
payların) nominal dəyəri hüdudlarından geri alınması ilə bağlı edilən
ödənişlər dividend sayılmır.
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
Royalti - ədəbiyyat, incəsənt, yaxud elm əsərləri, proqram təminatı,
kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif
hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının
verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud
modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya,
yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya
elmi avadanlıqlardan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə
görə mükafat şəklində alınan ödənişlərdir.
Dostları ilə paylaş: