Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun
xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi
tutulur.
Fiziki şəxslərə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə
haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan
Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından
ödənilən royaltidən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə,
ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs
tərəfindən ödənildikdə icarəyə verən vergini özü ödəyir və vergi uçotuna
alınıb bəyannamə verir.
İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən ödəmə
mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə,
həmin gəlirlərdən bir daha vergi tutulmur.
Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi
müəyyən edilən və onun Azərbaycan Respublikasının ərazisindəki daimi
nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyindən
xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
- dividendlərdən – 10 faiz;
- faizlərdən – 10 faiz;
- sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair
müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq
rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya
nəqliyyat xidmətləri üçün sahibkarın ödəmələri – 6 faiz;
- sahibkarın aşağıdakı ödəmələrindən:
- muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin
götürülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər
– 10 faiz;
- sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir – aylıq gəlirlər üçün
nəzərdə tutulmuş dərəcələrlə;
- icarə haqları və royalti – 14 faiz.
Rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir
vergisinin məbləği Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında
həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin
məbləğindən çox olmamalıdır.
Dostları ilə paylaş: