FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə123/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   119   120   121   122   123   124   125   126   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
92


 
- sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, onun əmlakına 
və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya 
natura  şəklində  ödənilmiş  vəsait,  həmçinin  işəgötürən  tərəfindən 
ödənilən  bütün  növ  icbari  və  könüllü  tibbi  sığorta  haqları,  5  ildən  az 
olmayan  müddətə  bağlanan  müqavilə  ilə  həyatın  yığım  sığortası  və 
pensiya  sığortası  üzrə  işəgötürənin  Azərbaycan  Respublikasının 
sığortasçılarını  ödədikləri  sığorta  haqları,  həyatın  yığım  sığortası  və 
pensiya  sığortası  üzrə  müqavilənin  qüvvəyə  mindiyi  andan  etibarən  5 
illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər; 
 
- vergi ödəyicisinin 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz 
əmlakın təqdim edilməsindən gəlir; 
 
-  dəymiş  zərərlərin  ödənilməsi  ilə  bağlı  alınan  kompensasiya 
ödənişləri; 
 
-  bilavasitə  kənd  təsərrüfatı  məhsullarının  istehsalından  alınan 
gəlir; 
 
-  sənətkarlığın  misgərlik,  qalayçılıq  və  saxsı  məmulatlarının, 
təsərrüfat  müxəlləfatının,  bağçılıq-bostançılıq  alətlərinin,  xalq  musiqi 
alətlərinin,  oyuncaqların,  suvenirlərin,  qamışdan  və  qarğıdan  məişət 
əşyalarının  düzəldilməsi,  keramatika  məmulatlarının  bədii  işlənməsi, 
bədii  tikmə,  ağac  materiallardan  məişət  alətlərinin  hazırlanması 
sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri; 
 
-  müvafiq  qaydada  dövlət  qeydiyyatından  keçmiş  lotereyalardan, 
habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri; 
 
-  fiziki  şəxslərə  kompensasiya  xarakterli  qanunvericiliklə  nəzərdə 
tutulan ödəmələr; 
 
-  yarışlarda  və  müsabiqələrdə  əşya  şəklində  alınan  mükafatların 
tam  dəyəri.  Beynəlxalq  yarışlarda  müsabiqələrdə  pul  şəklində  alınan 
mükafatların  dəyəri  4000  man.  respublika,  rayon  yarışlarda  və 
müsabiqələrində isə - 200 manatadək; 
 
- dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən 
çıxması ilə əlaqədar verilən birdəfəlik haqq. 
 
Aşağıdakı  fiziki  şəxslərin  hər  hansı  muzdlu  işdən  vergi  tutulmalı 
olan aylıq gəliri 400 man. miqdarında azaldılır: 
 
-  Azərbaycan  Respublikasının  Milli  Qəhrəmanlarının,  Sovet 
İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 
 
- Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin; 
 
- I və II qrup müharibə əlillərinin; 
 
-  həlak  olmuş  və  ya  sonralar  vəfat  etmiş  döyüşçülərin  dul 
arvadlarının (ərlərinin); 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin