- 1941–1945-ci illərdən arxa cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş
şəxslərin;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı
almış şəxslərin;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom
obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə
qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik
texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa
xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu
xəstəlikləri keçirmiş şəxslərin.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı
muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 man. miqdarında
azaldılır.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı
olan aylıq gəliri 55 man. miqdarında azaldılır:
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin
valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət
qulluqçularının valideynləri və arvadları (ərləri);
- 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi
nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün
müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və təkrar nigah
bağlamamış arvadları (ərləri);
- Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə
göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış
hərbi vəzifəlilər;
- daimi qulluq tələb edən uşaqlıqlardan və ya I qrup əlilə baxan və
onunla birlikdə yaşayan valideynlərdən biri (onların istəyi ilə), arvad
(ər), himayəçi
və ya qəyyum;
- məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər,
o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan
ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 man. qədər
azaldılır.
Fiziki şəxsin bir neçə güzəştli olduqda olan bu güzəştlərdən biri,
məbləğcə ən böyük olanı verilir.
Dostları ilə paylaş: