FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 Vergitutulan mənfəətin hesablanması



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə127/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   123   124   125   126   127   128   129   130   ...   179
Vergilər Və Vergitutma

3. Vergitutulan mənfəətin hesablanması 
 
 
Mənfəət  vergidən  azad  edilən  gəlirlər  istisna  olmaqla,  vergi 
ödəyicisinin  gəliri  ilə  onun  gəlirdən  çıxılan  xərcləri  arasındakı  fərqdir. 
KitabYurdu.az 
96


Hüquqi şəxs gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi 
ilə bağlı bütün xərclərini gəlirdən çıxmaq hüququna malikdir. 
 
Əsas  vəsaitlərin  alınmasına  və  qurulmasına  çəkilən  xərclərin, 
kapital  xarakterli  digər  xərclərin,  qeyri-kommersiya  fəaliyyəti  ilə  bağlı 
olan  xərclərin,  əyləncə  və  yemək  xərclərinin,  işçilərin  mənzil  və  digər 
sosial  xarakterli  xərclərinin,  faktiki  ezamiyyə  xərclərinin  Nazirlər 
Kabinetinin  müəyyənləşdirliyi  normadan  artıq  olan  hissəsinin  gəlirdən 
çıxılmasına yol verilmir. 
 
Əgər  hüquqi  şəxs  malların  təqdim  edilməsi,  işlərin  görülməsi  və 
xidmətlərin göstərilməsi ilə bağlı əldə etdiyi gəliri ümumi gəlirinə daxil 
etmişdirsə,  onda  həmin  hüquqi  şəxs  onlarla  bağlı  olan  ümidsiz  borc 
məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin 
gəlirdən  çıxılmasına  vergi  ödəyicisinin  mühasibat  kitablarında  ümidsiz 
borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. 
 
Banklar  və  bank  fəaliyyətinin  ayrı-ayrı  növlərini  həyata  keçirən 
kredit 
təşkilatları 
qanunvericiliyə  müvafiq  qaydada  aktivlərin 
təsnifatından  asılı  olaraq  xüsusi  ehtiyat  fondlarının  yaradılmasına  aid 
edilən  məbləğləri  müəyyən  edilmiş  qaydada  gəlirdən  çıxmaq  hüququna 
malikdirlər. 
 
Sığorta  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxs  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  normalara  uyğun 
olaraq  ehtiyat  sığorta  fondlarına  ayırma  məbləğlərini  gəlirdən  çıxmaq 
hüququna malikdir. 
 
Əsas  vəsaitlər  üzrə  amortizasiya  ayırmalarının  və  təmirlə  bağlı 
xərclərin  gəlirdən  çıxması  fiziki  şəxslərdə  olduğu  qaydada  həyata 
keçirilir. 
 
Öz  işçilərinin  xeyrinə  əmlakına  zərərdən  sığortalanması,  habelə 
xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə 
sığorta  haqları  istisna  olmaqla  sığortalının  ödədiyi  sığorta  haqları 
gəlirdən çıxılır. 
 
Geoloji  –  kəşfiyyat  işlərinə  və  təbii  ehtiyaların  hasilatına  hazırlıq 
işlərinə  çəkilən  xərclər  amortizasiya  dərəcəsi  ilə  hesablanan 
amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır. 
 
Hüquqi  şəxsin  bir  ildən  artıq  müddətə  təsərrüfat  fəaliyyətində 
istifadə  etdiyi  qeyri-maddi  aktivlərə  çəkdiyi  xərclər  qeyri-maddi 
aktivlərə aid edilir və bu xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi 
ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. 
 
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər 
vergi  ödəyicisinin  vergiyə  cəlb  olunan  gəlirin  hesablanması  zamanı 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin