mənfəətdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış
təqdim etməlidirlər.
5. A. R.-də mənfəət vergisindən azadolmalar və güzəştlər
Azərbaycan Respublikasının vergi qanunvericiliyində mənfəət
vergisindən bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur.
Aşağıdakılar vergidən azaddır:
- xeyriyyə təşkilatlarının gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə
etdikləri gəlirdən başqa;
- qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr,
üzvlük haqları və ianələr;
- beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların
gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
- dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli
özünüidarəetmə orqanlarının gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə
etdikləri gəlirdən başqa;
-
Azərbaycan
Respublikasının Mərkəzi Bankının, onun
qurumlarının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla)
gəlirləri;
- alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar
zərərə aid edilən məbləğlərdən başqa);
- sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün
yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq
fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.
Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi
sayının azı 50 faizi əlillərdən ibarət olan istehsal müəssisələrinin
mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. Bu güzəştin alınması
hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat
müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən
əlillər daxil edilmir.
Dostları ilə paylaş: