ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri
də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır.
Hər bir satıcı satış anında alıcıdan bu vergini alır. Əldə edilmiş
məbləğdən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə
ödəyir. Son nəticədə ƏDV məhsulun son istehlakçısının üzərinə
keçirilir.
Azərbaycan Respublikasında ƏDV 1 yanvar 1992-ci il tarixdən
tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən ƏDV
vergi tutulan dövriyyədən hesablanan vergi məbləği ilə verilən hesab-
fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə
müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı
fərqdir.
Dostları ilə paylaş: