ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan
keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs
qeydiyyatın qüvvəyə mindiyi andan etibarən ƏDV ödəyicisi olur.
Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs
qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı
hesabat dövrünün başlanğıcından etibarən ƏDV ödəyicisi sayılır.
Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən
şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən və daimi
nümayəndəlik yaratmadan iş görən və ya xidmət göstərən qeyri-rezident
şəxs həmin işlər və ya xidmətlərə görə onların həcmindən asılı
olmayaraq vergi ödəyicisi sayılır. Bu zaman qeyri-rezidentin təqdim
etdiyi işləri, xidmətləri alan şəxs vergi agenti sayılır. Həmin vergi agenti
ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmamasından asılı olmayaraq
ƏDV-ni qeyri-rezidentdən tutmağa və təyinatı üzrə ödəməyə borcludur.
Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti
ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.