FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə116/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   112   113   114   115   116   117   118   119   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
86


7. Amortizasiya olunmayan aktivlər. Amortizasiya olunan 
aktivlər üzrə illik amortizasiya normaları. Gəlirdən çıxılan 
amortizasiya məbləğinin hesablanması. 
 
 
Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
fiziki  şəxsin  ümumi  gəlirindən  sahibkarlıq  fəaliyyətində  istifadə  edilən 
əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır. 
 
Torpaq,  incəsənət  əsərləri,  nadir  tarixi  və  memarlıq  abidələri  olan 
binalar,  qurğular  və  köhnələməyə  məruz  qalmayan  aşağıdakı  aktivlər 
amortizasiya olunmur: 
 
-  elmi-tədqiqat,  tədris  və  təcrübə  məqsədi  üçün  kabinetlərdə  və 
laboratoriyalarda  istifadə  edilən  avadanlıqlar,  eksponatlar,  nümunələr, 
fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər
 
- məhsuldar heyvanlar; 
 
-  heyvanxanalarda  və  digər  analoji  müəssisələrdə  olan  heyvanat 
aləminin eksponatları; 
 
- istismar vaxtı çatmayan çoxillik əkmələr
 
-  kitabxana  fondları,  kinofondlar,  səhnə  rekvizitləri,  muzey 
sərvətləri; 
 
- istismara yaralı olmasına baxmayaraq tam amortizasiya olunmuş 
əsas vəsaitlər; 
 
- konservasiya edilmiş əsas vəsaitlər; 
 
- ümumi istifadədə olan avtomobil yolları; 
 
- istismara verilməmiş anbarda olan əsas vəsaitlər. 
 
Amortizasiya  olunan  aktivlər  üzrə  illik  amortizasiya  normaları 
aşağıdakı kimi müəyyən edilmişdir: 
 
1. binalar, tikililər və qurğular – 7 faizədək; 
 
2. maşınlar, avadanlıq və hesablama texnikası – 25 faizədək; 
 
3. nəqliyyat vasitələri – 25 faizədək; 
 
4. iş heyvanları – 20 faizədək; 
 
5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq 
işlərinə çəkilən xərclər – 25 faizədək; 
 
6. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 
10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə 
müddətinə mütənasib məbləğlərlə; 
 
7. digər əsas vəsaitlər – 20 faizədək. 
 
Əsas  vəsaitlərin  kateqoriyaları  üzrə  amortizasiya  ayırmaları  hər 
kateqoriyaya  aid  əsas  vəsaitlər  üçün  müəyyənləşdirilmiş  amortizasiya 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin