FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə115/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   111   112   113   114   115   116   117   118   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
85


Vergi tutulan illik gəlirin məbləği 
Vergi məbləği 
24000 manatadək 
14 faizi 
24000 manatdan çox olduqda 
3360  manat  +  2400  manatdan  çox 
olan məbləğin 35 faizi 
 
Göründüyü  kimi  Azərbaycan  Respublikasında  gəlir  vergisinin 
maksimal dərəcəsi 35 faiz, minimal dərəcəsi isə 14 faizdir. 
Fiziki  şəxslərin  ümumi  gəlirlərindən  qanunvericiliyə  müvafiq 
olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə 
əlaqədar  bütün  xərclər,  həmçinin  qanunla  nəzərdə  tutulmuş  icbari 
ödənişlər çıxılır. 
 
 
6. Fiziki şəxslərin gəlirlərindən çəxəlmayan xərclər 
 
Fiziki  şəxslərin  gəlirlərindən  çıxılmayan  xərclərə  aşağıdakılar 
daxildir: 
-  əsas  vəsaitlərin  alınmasına  və  qurulmasına  çəkilən  xərclər  və 
kapital xarakterli digər xərclər; 
Bu  xərclərə  əsas  vəsaitlərin  alınması,  gətirilməsi,  tikilməsi, 
quraşdırılması  üçün  çəkilən  xərclər,  habelə  vergi  ödəyicisinin  gəlirdən 
çıxmaq  hüququna  malik  olduğu  xərclər  istisna  edilməklə,  aktivlərin 
dəyərini artıran digər xərclər daxil edilir. 
- qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər; 
- əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial 
xarakterli xərclər; 
Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi 
ödəyicisinin  xərcləri  bu  cür  fəaliyyət  çərçivəsində  çəkilirsə,  müvafiq 
olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. 
-  fiziki  şəxsin  fərdi  istehlakla  və  ya  əmək  haqqının  alınması  ilə 
bağlı olan xərcləri. 
Faktiki  ezamiyyə  xərclərinin  qanunvericiliyə  müvafiq  qaydada 
müəyyən olunmuş normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 
Əgər  malların  təqdim  edilməsi,  işlərin  görülməsi  və  xidmətlərin 
göstərilməsi  ilə  əlaqədar  gəlir  fiziki  şəxsin  əvvəllər  sahibkarlıq 
fəaliyyətindən  əldə  etdiyi  ümumi  gəlirə  daxil  edilmişdirsə,  onda  həmin 
fiziki  şəxs  onlarla  bağlı  olan  ümidsiz  borc  məbləğini  gəlirdən  çıxmaq 
hüququna malikdir. 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin